Icma.az
close
up
RU
Dalğası hünər, qeyrət, şəhid qanı BAYRAĞIM...

Dalğası hünər, qeyrət, şəhid qanı BAYRAĞIM...

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu xalq dövlətinə, millətinə məxsus olan bayrağını asanlıqla yüksəklərə ucaltmayıb. Bu yolda zaman-zaman qanlar axıdılıb, igidlər, ərənlər düşmən gülləsinə tuş gəlib, Vətən yolunda şəhid olublar. Elə qırmızı rəngi şəhid qanından alan bayrağımız zirvələrdə dalğalanarkən şəhid adını da özü ilə birlikdə zirvələrə qaldırıb. Vətənimizin adını, qüdrətini, qeyrətini də həmçinin.

Xalqımın canı qədər sevdiyi üçrəngli, ulduzlu, ayparalı bayraq... Lakin bu bayrağın da “taleyi” xalqın taleyi kimi keşməkeşli olub. 1918-ci ildə azadlıq uğrunda mücadilənin son nəticəsi olaraq qaldırılan üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyətində cəmi 23 ay dalğalandı, Vətənimizin göylərini üç rənglə – göy, qırmızı, yaşılla cəmi 23 ay bəzədi.

Gözü torpaqlarımızda, iştahası sərvətlərimizdə olanlar bu müstəqil respublikanın tərəqqisinə imkan vermədilər. Əsrlərlə həyata keçirilmiş planlar yenidən təkrarlandı. Çoxəsrlik tarixi, ənənələri olan Azərbaycan yenidən bu planların qurbanı oldu. Həmin planların müəllifləri 14 müttəfiqdən biri kimi Azərbaycanı da öz müstəmləkəsinə çevirməklə, 70 illik əsarətə məhkum etdilər. Müstəqilliyimizi əlimizdən aldılar, üçrəngli bayrağımızı da dalğalanmağa qoymadılar. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Sovet Sosialist Respublikası adlandırıldı, bayrağımız isə üçrəngli deyil, imperiyanın müəyyənləşdirdiyi bayraq oldu. Nə az, nə çox, düz 70 il dalğalandı başımız üzərində. Lakin ürəyimizdə yüksəklərə qalxa bilmədi. Çünki istəmədiyimiz, özümüzünkü olmayan bir bayraq idi. Qanlar bahasına ucaldılmış bayrağın yerinə sancılmış bayraq idi. Sərvətləri talanan, hüquqları tapdalanan, tarixi mənimsənilən bir məmləkətin ələm bayrağı idi.

İllər illərə calandıqca, onilliklər bir-birini əvəz etdikcə, zamanı 70 ilə yaxınlaşdırırdı, bununla da əsarətin sonu çatırdı. “Bayraqları bayraq edən üstündəki qandır” kəlamı bu illər uzunu ürəyimizdəki yaranı sızladırdı. Bu sızıltılar isə millətin yuxusunu ərşə çəkir, onu yeni mübarizələrə səsləyirdi. Bu səs Azərbaycana Naxçıvandan yayılırdı. 1990-cı ildə Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdan Vətən oğlunun – Ulu Öndər Heydər Əliyevin azadlıq mübarizəsinə çağırışı ilə bütün Azərbaycana yayılırdı. Müstəqillik uğrunda 1918-ci ilin davamı olan mücadilə elə üçrəngli bayrağın yenidən qaldırılması, dalğalanması və bütün azərbaycanlıların bir bayraq altında cəm olması ilə başlandı. Bu təşəbbüs 1990-cı ilin 17 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi birinci sessiyasında qatı totalitar sovet rejimi dövründə belə, Azərbaycanı gələcək müstəqilliyə hazırlayan bu görkəmli siyasi xadim tərəfindən irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi və ölkənin ali hakimiyyət orqanı qarşısında Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında qərar qəbul edilməsi ilə bağlı vəsatət qaldırıldı.

Bəli, bu, o zaman idi ki, hələ ölkə sovet imperiyasının əsarət zəncirində inləyirdi. Naxçıvandan Azərbaycana yönələn bu müqəddəs çağırışa imperiya başçıları tab gətirə bilmirdilər. Azərbaycanın əldən çıxması, onun ardınca digər müttəfiqlərin də getməsi... Bu yanğı ilə yenidən qanlar axıdıldı. Ölkəmizə xüsusi qoşun göndərildi xalqı susdurmaq üçün. Lakin bu dəfə azərbaycanlılar “öldü var, döndü yox”, – dedilər. Elə buna görə də müstəqillik qazana bildik. Qanlar axıdılsa da, yenə də saysız-hesabsız şəhidlər versək də, sonda azad olduq. 1991-ci ilin 18 oktyabrınadək, yəni 1990-cı ilin 17 noyabrında Naxçıvanda Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılması təklif olunan və azadlıq mücadiləsinə aparan yolun rəmzi olan bayrağımız axıdılan qanla yenidən boyandı və əbədiyyən yüksəldi, dalğalanmağa başladı.

Sevindirici, həm də qürurverici haldır ki, müstəqil dövlətimizin üçrəngli bayrağı əbədiyyən Naxçıvanda Ulu Öndərimizin təşəbbüsü, qayğısı ilə qaldırıldı. Ümummilli Lider deyirdi: “Beləliklə, biz Naxçıvan Muxtar Respublikasının həyatında böyük tarixi qərarlar qəbul etdik. Naxçıvan Muxtar Respublikasının yeni adı qəbul olundu. Naxçıvan Muxtar Respublikasının ali hakimiyyət orqanının yeni adı qəbul olundu və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı, milli bayrağı qəbul olundu. Böyük məsələlər həll etdik. Və bu məsələlərin həll olunmasında deputatlar çox böyük maraqla, böyük səylə iştirak etdilər, ona görə mən bir də bu böyük məsələlərin qəbul olunması ilə əlaqədar olaraq Sizi təbrik edirəm. Və Sizin hamınıza bu işdə fəaliyyət göstərdiyinizə görə minnətdarlığımı bildirirəm”.

Ulu Öndərin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalamışdır. 2009-cu il noyabr ayının 17-də isə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi barədə imzaladığı sərəncama əsasən hər il noyabrın 9-nu respublikamızda Dövlət Bayrağı Günü kimi təntənəli şəkildə qeyd edirik.

İndi doğma Azərbaycanımızın hər bir bölgəsində yaradılan Bayraq meydanlarında, Vətənində və Vətənindən kənarda yaşayan bütün azərbaycanlıların qəlbində üçrəngli bir bayraq dalğalanır.

Dalğalan, dalğalan, yüksəklərə, zirvələrə ucal, milli bayrağımız! Müstəqil Azərbaycanın dövlət rəmzi olaraq bu Vətənin azad səsini elə bu Vətənin küləkləri ilə dünyaya yay!

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri