Icma.az
close
up
RU
Şəhid adı daşıyan məktəblər REGİONLAR

Şəhid adı daşıyan məktəblər REGİONLAR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Şəhid adlarının əbədiləşdirilməsi dövlətlə cəmiyyətin ortaq məsuliyyətidir. Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi xalqın qəlbində əbədi yaşayır. Bu əbədiliyin ən parlaq nümunələrindən biri də Şəhidlərin adlarının məktəblərə, küçələrə və müxtəlif ictimai məkanlara verilməsidir.

Bu, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi üçün çox vacibdir. Azərbaycan dövləti Şəhidlərin xatirəsinin yaşadılması istiqamətində ardıcıl və sistemli addımlar atır. Bu, dövlət siyasətinin prioritetlərindəndir.

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşır. Onun fəaliyyətində, həmçinin çıxışlarında şəhid ailələrinə diqqət və qayğı hər zaman ön planda dayanır. Vətən Şəhidlərin, Şəhidlər də Vətənin əmanətidir.

Modern.az saytı Regional Təhsil idarələri (RTİ) arasında sorğu keçirərək Şəhid adı daşıyan məktəblərin statistikasını öyrənib. Araşdırma nəticəsində məlum olub ki, Bakı şəhəri və Naxçıvan istisna olmaqla, digər regionlarda yüzlərlə təhsil müəssisəsi qəhrəmanlarımızın adını daşıyır.

Regionlar üzrə rəqəmlərə nəzər salaq.

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 286 təhsil müəssisəsi Şəhid adını daşıyır. Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə bu rəqəm 117-dir.
Quba-Xaçmaz RTİ üzrə 181 məktəb, Qazax-Tovuz RTİ üzrə 175 təhsil ocağı Şəhidlərin adı ilə fəaliyyət göstərir.
Şərqi-Zəngəzur RTİ üzrə 75, Şəki-Zaqatala RTİ üzrə 125, Mərkəzi Aran RTİ üzrə 164 məktəb Şəhidlərin adını yaşadır.
Mil-Muğan RTİ üzrə 146, Abşeron-Xızı RTİ üzrə 24, Qarabağ RTİ üzrə 172 təhsil ocağına Şəhid adı verilib.
Dağlıq Şirvan RTİ üzrə 113, Gəncə-Daşkəsən RTİ üzrə isə 115 təhsil müəssisə Şəhidlərin adınadır.

Məktəbin Şəhid adı daşıması şagirdlər üçün xüsusi məsuliyyətdir. Hər gün o məktəbin qapısından daxil olan şagird həmin adın ağırlığını hiss etməlidir. Bilməlidir ki, məktəbin adı Azərbaycanın şərəf tarixidir. Vətən uğrunda canlarından keçənlər məktəblilərin gələcəkdə güclü, savadlı və Vətəninə sadiq azərbaycanlı olmasını istəyirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri