Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Adı qəlbimizdə, ruhu zirvələrdə

Adı qəlbimizdə, ruhu zirvələrdə

Icma.az, 525.az portalına istinadən məlumat verir.

İkinci Qarabağ müharibəsində qeyrətli Vətən övladlarının qanı və canı bahasına Azərbaycan Ordusu düşmən üzərində şanlı qələbə qazandı. Beləliklə, 30 il ərzində işğal altında qalan torpaqlarımız azad edildi, xalqımızın həsrətlə gözlədiyi xoşbəxt günlər başladı.

Bu tarixi Zəfərdə Vətən və torpaq uğrunda canından keçən igidlərdən biri də 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində dünyaya gəlmiş Vüsal İlkin oğlu Qənbərli idi. O, son damla qanına qədər döyüş meydanını tərk etmədi. Polad iradəsi və mərd sinəsi ilə düşmən gülləsinin qarşısında dayandı və "Təki Vətən yaşasın!" deyərək gözlərini əbədi yumdu.

Vüsal Qənbərlinin göstərdiyi igidlik və qorxmazlıq gənclərimiz üçün örnəyə, xalqımız üçün isə qürur mənbəyinə çevrildi. Düşmənin 23 saat 43 dəqiqəlik müqaviməti məhz belə qəhrəman oğulların fədakarlığı sayəsində puç oldu. Bu fədakarlıqla Azərbaycanın yeni tarixi yazıldı, Vüsal ölümsüzlüyə qovuşdu.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Vüsal Qəmbərli ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi. O, xalqının qəlbində əbədi yaşayacaq şəhidlər sırasında yer aldı.

Vüsal Qənbərli cismən aramızda olmasa da, onu sevənlərin, Vətəni və milləti ürəkdən sevənlərin qəlbində daim yaşamaqdadır.

Azərbaycan xalqının iftixar mənbəyi olan şəhid Vüsal Qənbərli yeriməyə başladıqdan sonra ailəsi ilə birlikdə Qaradağ rayonuna köçmüşdü. Uşaqlıqdan qanında Vətən eşqi, el sevdası axan Vüsal, orta məktəbi bitirəndə artıq cəmiyyətdə sevilən və hörmət edilən gənclərdən biri idi. Əsgərlik çağı çatanda böyük sevgi və məsuliyyət hissi ilə ordu sıralarına qoşuldu. Füzuli istiqamətində xidmət edən Vüsal, müqəddəs bildiyi torpaqları göz bəbəyi kimi qoruyur, komandirlərin tapşırıqlarını dəqiqliklə yerinə yetirirdi. O, Vətən uğrunda döyüşəcəyinə and içmişdi və bu andına sadiq qaldı.

Ordudan tərxis olunduqdan sonra belə, düşmənin törətdiyi ədalətsizliklər Vüsalın içində bir alov kimi yanmağa davam edirdi. Qəlbində daim mübarizə ruhunu daşıyan bu igid, 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsinə ilk qoşulan könüllülərdən biri oldu. Qorxmadan, tərəddüdsüz silaha sarılıb Vətənin müdafiəsinə qalxdı.

Müharibə başladığı andan etibarən erməni işğalçıları üçün əsl kabusa çevrilən Vüsal, döyüş meydanlarında onlara layiqli cavab verdi. Xüsusilə Qubadlı istiqamətində düşmənə vurduğu sarsıdıcı zərbələr yadda qaldı. Erməni silahlıları ağır itkilər verərək geri çəkilməyə məcbur oldular. Onun qəhrəmanlığı dillər əzbərinə çevrildi.

Təəssüf ki, bu igid oğul Xocavənd istiqamətində gedən ağır döyüşlərin birində - düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid oldu. Vüsal Qənbərli 20 dekabr 2020-ci ildə doğulduğu Günəşli kəndində torpağa tapşırıldı.

Lakin Vüsalın ruhu göylərə yüksəldi, adı isə tarixə və ürəklərə həkk olundu. Onun həyat yolu - Vətənə bağlılıq, fədakarlıq və qəhrəmanlıq nümunəsidir. Vüsal Qənbərli - Azərbaycan gəncliyi üçün bir rəmz, xalqımız üçün əbədiyaşar qəhrəmandır.

Zəfər ORUCOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri