2020 ci ildən bəri 449 uşağa Zəfər adı verilib
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycan xalqı bu il Vətən müharibəsində qazandığı tarixi Zəfərin 6-cı ildönümünü qeyd edir. 8 Noyabr – Zəfər Günü ölkəmizin tarixində mühüm yer tutmaqla yanaşı, xalqımızın yaddaşında əbədi yaşayacaq qələbənin rəmzidir. Bu tarixi hadisə uşaqlara verilən adlarda da öz əksini tapıb. Belə ki, son illərdə valideynlər övladlarına Zəfər adını verməyə xüsusi maraq göstəriblər.
Modern.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata əsasən, 2020-ci ildə 110, 2021-ci ildə 125, 2022-ci ildə 82, 2023-cü ildə isə 35 körpəyə Zəfər adı verilib. Sonrakı illərdə də bu adla qeydiyyata alınan uşaqların sayı belə olub: 2024-cü ildə 53, 2025-ci ildə 26, 2026-cı ildə isə 18 nəfər.
Beləliklə, 2020-2026-cı illər ərzində ümumilikdə 449 uşağa Zəfər adı verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanda Zəfər Günü təsis edilib. Sərəncama əsasən, hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 06 Noyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















