Adıgeydə dron hücumuna məruz qalan “Ozon” mərkəzində yanğın baş verib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 4 noyabr, AZƏRTAC
Rusiyanın Adıgey Respublikasının Adıgeysk şəhərindəki “Ozon” logistika mərkəzinə dron hücumu nəticəsində yanğın baş verib. Obyektin işçiləri təxliyə edilib və ilkin məlumatlara görə, xəsarət alan yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə respublikanın rəhbəri Murat Kumpilov bildirib.
O əlavə edib ki, yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyi və xilasetmə xidmətləri cəlb edilib. Hüquq-mühafizə orqanları və yerli hökumət rəsmiləri hadisə yerində işləyir.
“Ozon” şirkətinin mətbuat xidməti də logistika mərkəzinə edilən hücumu təsdiqləyib və bütün işçilərin tez bir zamanda təxliyə edildiyini bildirib.
Şirkət, həmçinin qeyd edib ki, zədələnmiş obyektdən bəzi sifarişlər ləğv ediləcək. Qalan sifarişlərin isə digər logistika mərkəzlərindən çatdırılması planlaşdırılır.
Bundan əlavə, dron qalıqları Adıgey Respublikasının Teuçejski rayonunun Petrov kəndində qaz borusuna və fərdi evin pəncərələrinə zərər vurub. Qaz sızması aradan qaldırılıb və xəsarət alan yoxdur.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında ölkənin bölgələri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynanın 709 dronu vurulub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 04 Noyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















