Icma.az
close
up
RU
“Adil Babayev: taleyi və sənəti” kitabı işıq üzü gördü

“Adil Babayev: taleyi və sənəti” kitabı işıq üzü gördü

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyevin “Adil Babayev: taleyi və sənəti” adlı kitabı nəşr olunmuşdur. 

525.az xəbər verir ki, kitabda zərif duyğular şairi, vətəndaşlıq lirikasının görkəmli nümayəndəsi şair Adil Babayevin yaradıcılığına həsr edilmiş elmi məqalələr və xatirə-memuar nümunələri toplanmışdır. Məqalələrdə Adil Babayevin yaradıcılığına geniş nəzər salınmış, bədii irsi təhlil edilmiş,  yaradıcılıq problemləri haqqında sanballı elmi fikirlər səsləndirilmişdir.

Onu da qeyd edək ki, nəşrdə Adil Babayevin həyat yolu, klassik poetik irsdən qaynaqlanan lirikası, poetik yaradıcılığına xas olan fəlsəfi-poetik ümumiləşdirmələri, bədii-estetik axtarışları, yaradıcılığında yer alan vətən sevgisi, təbiət motivləri, dramaturgiyası, tərcüməçilik fəaliyyəti,  xüsusilə rus və gürcü klassik və müasir ədəbiyyatından etdiyi orijinal tərcümələri, yaradıcılığında istifadə etdiyi arxaizmlər, dialektizmlər, frazeologizmlər, sonetlərinin sənətkarlıq xüsusiyyətləri sistemli şəkildə təhlil olunur. Bu isə şairin yaradıcılığının təkcə ədəbiyyat tarixində deyil, bütövlükdə Azərbaycan mədəniyyətindəki yerini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Nəşrdə Adil Babayevin haqqında yazılmış şeirlər, onun sözlərinə bəstələnən mahnılar və fotoşəkillər də öz əksini tapır.

“Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görən 200 səhifəlik kitabın elmi redaktoru Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Etibar Babayev, tərtib edənlər AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, rəyçiləri isə filologiya elmləri doktoru, dosent  Nuray Əliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıldır.

Müstəqillik dövründə azərbaycançılıq ideallarının işığında Adil Babayevin həyatı və yaradıcılığının araşdırılıb öyrənilməsi baxımından kitabın əhəmiyyəti böyükdür.

Əbülfəz Quliyevin müəllifi olduğu “Adil Babayev: taleyi və sənəti” kitabı yalnız şair Adil Babayevin ədəbi irsini öyrənmək istəyənlər üçün deyil, ümumilikdə Azərbaycan poeziyasının tədqiqi ilə məşğul olan alimlər, dissertantlar, tələbələr və magistrantlar üçün də dəyərli və etibarlı bir mənbədir. Nəşr, həmçinin, ədəbiyyatsevərlərin geniş auditoriyasına xitab edir. 

Bu nəşr, eyni zamanda, Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına verilmiş əhəmiyyətli töhfə olmaqla yanaşı, gələcək nəsillərin milli ədəbiyyat irsinə marağını artırmaq və onu elmi əsaslarla öyrənmək baxımından da mühüm əhəmiyyətə malikdir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri