Mourinyo “Real Madrid”in bütün titullar uğrunda mübarizə aparacağına inanır
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo hazırkı heyətin cari mövsümdə bütün turnirlərdə titul uğrunda mübarizə aparmaq gücündə olduğuna inanır.
İdman.Biz xəbər verir ki, bu barədə italiyalı insayder Fabrizio Romano məlumat yayıb.
Portuqaliyalı mütəxəssis komandasının İspaniya çempionatı, UEFA Çempionlar Liqası, İspaniya Kuboku və Superkubokunda qalibiyyət uğrunda mübarizə aparmaq üçün kifayət qədər potensiala malik olduğunu düşünür.
Madrid təmsilçisi bütün turnirlərdə ardıcıl 10 qələbə qazanıb. Komanda son qarşılaşmasında Niderlandın PSV klubunu geridönüş edərək 5:1 hesabı ilə məğlub edib.
“Real Madrid” Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi beş oyunun hamısında qalib gələn yeganə komandadır. İspaniya çempionatında isə Mourinyonun yetirmələri lider “Barselona”dan üç xal geri qalırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 28 Noyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















