Icma.az
close
up
RU
Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Mətbəxdə geniş istifadə olunan silikon qablar və qaşıqlar rahatlığı, asan təmizlənməsi və yüksək temperatura davamlılığı ilə seçilir. Lakin bu məhsulların qaynar yeməklərlə uzun müddət təması zamanı tərkibindəki bəzi kimyəvi maddələrin qidaya keçməsi ehtimalı da mövcuddur.

Bəs, silikon məmulatlardan istifadə zamanı hansı məqamlara diqqət yetirilməlidir və onların sağlamlıq üçün riskləri nə dərəcədə realdır?

Məsələ ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, silikon qab və qaşıqların təhlükəsizliyi ilk növbədə onların keyfiyyətindən, istehsal texnologiyasından və istifadə qaydalarına əməl olunmasından asılıdır.

“Son illərdə rahat istifadəsi, asan yuyulması və yeməklərin qarışdırılması zamanı yapışmaması səbəbindən silikon məmulatlara maraq artıb. Bununla belə, həmin məhsulları alarkən onların qida ilə təmas üçün nəzərdə tutulmasına və yüksək temperatura davamlılığına diqqət yetirmək vacibdir.

Keyfiyyətsiz və düzgün istehsal olunmamış silikon məmulatlar yüksək temperaturun təsirinə məruz qaldıqda və ya qida ilə uzun müddət təmasda olduqda tərkiblərindəki bəzi uçucu üzvi birləşmələr və digər kimyəvi maddələr qidaya keçə bilər. Bu ehtimal xüsusilə yağlı yeməklərin hazırlanması zamanı nəzərə alınmalıdır. Silikon qabların və qaşıqların hamısını zərərli hesab etmək düzgün deyil. Qida ilə təmas üçün istehsal olunan, keyfiyyəti yoxlanılan və müvafiq istifadə qaydalarına uyğun işlədilən məhsullar praktik seçim sayıla bilər.

İstehlakçılar məhsulun üzərindəki məlumatları, istehsalçının göstərdiyi temperatur həddini və istifadə təlimatlarını diqqətlə yoxlamalıdırlar. Silikon qaşıqları qaynar yağda və ya suda uzun müddət saxlamaq, eləcə də onları həddindən artıq qızmış qablarla uzun müddət təmasda qoymaq məsləhət görülmür”.

Qab və ya qaşıqda çatlar yaranıbsa, səthi yapışqanlaşıbsa, deformasiya müşahidə olunursa və ya qızdırılarkən kəskin qoxu əmələ gəlirsə, həmin məhsuldan istifadə dayandırılmalıdır.

Qida təhlükəsizliyi yalnız məhsulların keyfiyyəti ilə məhdudlaşmır. Yeməyin hansı materialdan hazırlanmış qabda bişirilməsi və saxlanılması da mühüm əhəmiyyət daşıyır. Gündəlik istifadədə şüşə və emallı qablara, eləcə də qida ilə təmas və yüksək temperatur üçün uyğun olan paslanmayan polad məmulatlara üstünlük vermək məqsədəuyğundur. Silikon məhsullardan istifadə zamanı isə onların keyfiyyətinə və təhlükəsizlik tələblərinə uyğunluğuna xüsusi diqqət yetirilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Noyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri