Icma.az
close
up
RU
Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib FOTOLAR

Adil Kərimli Daşkənddə Nazirlər Konfransında çıxış edib FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, 13-15 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres keçirilir. 

"Unikal"ın məlumatına görə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Qırğızıstanın - beş Mərkəzi Asiya ölkəsinin təmsil olunduğu konqresdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Konqres çərçivəsində noyabrın 14-də Nazirlər Konfransı təşkil olunub.

Açılış nitqi söyləyən Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov dost ölkələri bir araya gətirən beynəlxalq konqresin əhəmiyyətini qeyd edib, tədbirin və Nazirlər Konfransının ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Konfransda çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan tərəfini bu mötəbər beynəlxalq tədbirə dəvət etdiyinə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən nazir son illərdə bu beş dost ölkə ilə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb.

Qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında etibarlı körpü olan mədəniyyət sahəsində də əməkdaşlıq ildən-ilə dərinləşir. "Həm ötən il, həm də bu il qardaş ölkələrimizin mədəni həyatı üçün çox əlamətdar olub. Qarşılıqlı mədəniyyət günləri, beynəlxalq festivallarda iştirak, bədii kollektivlərin səfərləri, elm və təhsil qurumları, yaradıcılıq təşkilatları arasında əməkdaşlığın genişlənməsi, çoxəsrlik mədəni zənginliklərimizin təbliği - bütün bunlar əlaqələrimizin yüksək səviyyəsindən xəbər verir. Ölkə rəhbərlərimizin müvafiq sahələr üzrə qarşıya qoyduqları vəzifələrin, verilən tapşırıqların icrası ilə bu istiqamətdə yeni parlaq səhifələr yazacağımıza inanıram", - deyə nazir əlavə edib.

Sonra Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev çıxış ediblər.

Nazirlər ölkələrimiz arasında mədəni inteqrasiyanın əhəmiyyətini vurğulayıb, əməkdaşlığın dərinləşdirilməsinin perspektivlərindən danışıblar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri