Icma.az
close
up
RU
Adiləşən ölüm Cabir İmanovun gedişi və gülüşün ölümü

Adiləşən ölüm Cabir İmanovun gedişi və gülüşün ölümü

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Son illər ölüm xəbərləri sanki gündəlik həyatımızın bir parçasına çevrilib. Səhər oyanıb sosial şəbəkələrə göz atanda qarşımıza çıxan ilk xəbər çox vaxt birinin qəfil itkisi olur. İnsan ömrü dəyərdən düşüb, ölüm isə adiləşib. İctimaiyyətin sevdiyi, tanıdığı sənət adamlarının qəfil gedişi isə bu adiləşmənin nə qədər təhlükəli olduğunu göstərir.

Cabir İmanovun ölümü də məhz belə xəbər kimi gəldi. Gözlənilməz, qəfil və sarsıdıcı… O, səhnəyə, ekrana hər dəfə çıxanda tamaşaçının çöhrəsinə gülüş gətirən simalardan idi. Onun enerjisi, sadəliyi və səmimiyyəti insanlara bir anlıq olsa belə, gündəlik həyatın ağır yükünü unutdururdu. Amma elə bu səbəbdən də gedişi yalnız bir insan itkisi deyil, gülüşün ölümü kimi hiss olundu.

Hər zaman deyilir: “Sənətkar getmir, əsərləri ilə yaşayır”. Amma gülüş sənətkarı olan Cabirin gedişi ilə qəlbimizdə boşluq qaldı. Çünki gülüşün özü canlıdır, insan nəfəsi ilə yaşayar. Onun gətirdiyi səmimi gülüş artıq yoxluğa qarışıb. Qalan isə yalnız xatirələr və arxivlərdir.

Cabir İmanovun ölümü bizə bir daha xatırlatdı ki, ölüm adiləşdikcə həyatın dəyəri kiçilmir, əksinə, daha çox qiymət qazanır. İnsanlar yaşadığı anın qədrini bilməli, sevdiklərinə “sabah”ı gözlətmədən dəyər verməlidir. Çünki qəfil ölüm xəbərini gətirən bu həyat heç kimə möhlət tanımır.

Gülüşlə yaşamağı sevən, insanlara gülüş paylamağı özünə borc bilən Cabir İmanov indi susdu. Amma onun gedişi bizi də düşündürməlidir: gülüşü itirməmək üçün yaşamaq, bir-birimizə dəyər vermək lazımdır. Əks halda, ölümün adiləşdiyi bu dünyada ən qorxunc itki gülüşün ölümü olacaq.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri