Icma.az
close
up
RU
Adımdan saxta yazışmalar yayıblar Qənirə Ataşova KONKRET

Adımdan saxta yazışmalar yayıblar Qənirə Ataşova KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın bir neçə gün əvvəl bloklanan instaqram hesabı açılıb.

KONKRET.az xəbər verir ki, jurnalist instaqram hesabında bununla bağlı dostlarının yazdığı postları yayımlayıb.

Q.Ataşova eyni zamanda onun adından yazılan saxta mesajları da paylaşıb. O bildirib ki, adından yalançı yazışma yayılıb:

“Əziz dostlar, haqqımda paylaşılan “yazışma” görüntüləri tamamilə saxtadır və fotoşopla düzəldilib. Azərbaycanda saxta plastik cərrahlarla bağlı apardığım mübarizə hər kəsə bəllidir. Bu mübarizəm onlara çox ağır gəlib və indi mənim nüfuzumu zədələmək üçün belə ucuz yollara əl atırlar. Əgər bu görüntülər fotoşop deyilsə, onların “videoscreen” paylaşmasını tələb edirəm! Sadəcə şəkil yox, tam bir ekran videosu çəkərək bunu sübut etsinlər. O “screen”də mənim izləyicilərim və paylaşımlarım hər şey əks niyə olunmayıb? Çünki diplomunuz kimi əməliniz də saxtadır.

Təəssüf ki, Azərbaycanda bəzi özünü plastik cərrah adlandıran insanlar təkcə plastik cərrah yox, həm də mafiyalaşmış qruplaşma kimi fəaliyyət göstərirlər. Onlar elmə yox, cahilliyə və öz mənfəətlərinə xidmət edirlər. Bu saxta həkimlər rezidentura təhsili almadan, yalnız saxta sertifikatlarla özlərini cərrah kimi təqdim edirlər. İnsanlarımızın sağlamlığını riskə atan bu şəxslərlə mübarizəmi davam etdirəcəyəm, çünki bu, mənim vicdan və ədalət borcumdur. Onların dövlətə ödəmədiyi vergilərini də hamıya xatırladım”.

Sözügedən yazışmanı isə şair Nazilə Səfərli paylaşıb.

Qeyd edək ki, Q.Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımı diqqət çəkmişidi. O, əlliyə yaxın həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla bu işlə məşğul olduğunu iddia etmişdi./Axşam.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri