Icma.az
close
up
RU
Adımı sənə qoyum, səni də yana yana: Tehran yenə Bakını “ittiham” edir

Adımı sənə qoyum, səni də yana yana: Tehran yenə Bakını “ittiham” edir

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

SEPAH-ın maliyyəsi ilə fəaliyyət göstərən “Mehr” Agentliyi yenə Azərbaycanı hədəfə alan yazı ilə çıxış edib.

Tribunainfo.az xəbər verir ki, “Qəzza xalqının qatillərinin iqtisadi ortağı olan beş müsəlman ölkəsi” başlıqlı yazısında rəsmi Bakı haqqında böhtan dolu fikirlər qeyd edilib.

Agentlik iddia edib ki, Bakı Təl Əvivə dəstək verən 4-cü müsəlman ölkəsidir. “Təl-Əvivin ən mühüm iqtisadi və hərbi müttəfiqlərindən biri olan Bakı 2023-cü ildə İsraillə 1,55 milyard dollardan çox ticarət edib. Təbii ki, iki dövlət arasında təhlükəsizlik və hərbi əlaqələri nəzərə alsaq, onların ikitərəfli ticarətinin faktiki həcminin daha yüksək olacağı ehtimalı var. Çünki İsrail Azərbaycana əsas silah tədarükçüsüdür və Bakı rejimin neftayırma zavodlarında döyüş təyyarələri üçün yanacağa çevrilən və Qəzza, Livan, Yəmən və İranda günahsız insanların bombalanmasına şərait yaradan cinayətkar İsrail bandasının əsas neft tədarükçüsüdür. Bundan əlavə, Bakının İsrailə heyrətamiz 1,4 milyard dollarlıq ixracının 98%-dən çoxu xam neft olub. Bakı xam nefti sionist rejimin müsəlman ölkələrində günahsız insanlara qarşı hərbi əməliyyatları davam etdirmək və hətta işğal olunmuş ərazilər daxilində enerji ilə təmin etmək üçün həyati damarlarından biridir”.

P.S. İran meddiası heç bir fakta əsaslanmadan belə böhtanlardan zaman-zaman istifadə edib. Əvvəla İran tərəfi Azərbaycanla İsrail arasında hər hansı neft alqı-satqısına dair heç bir sənəd ortaya qoya bilməz. Çünki belə bir saziş yoxdur. İsrailə neft satan şirkətlər onu təkcə Azərbaycandan deyil, başqa ölkələrdən də alırlar. Yəni, terydinq şirkətləri malı kimə satmaq məsələsində sərbəstdirlər.

Azərbaycanı Qəzzada insanların ölümündə ittiham etmək isə İran molla rejiminin korafəhimliyinin, siyasi kininin və həqiqətləri görə bilməməsinin nəticəsidir. Hərçənd İran özü Qəzzada bu gün yaşananların əsl baiskarıdır. Təbii ki, İsrailin davranışları qəbuledilməzdir. Amma 10 ildən çox idi heç bir problem yaşanmayan bölgədə HƏMAS-ı qızışdırıb, İsrailin üstünə göndərən məhz İran idi. Daha sonra isə onların da arxasından çəkilərək, Qəzza insanlarını böyük hərb maşını ilə üz-üzə qoydu.

“Mehr” Agentliyi bu tip siyahı tərtib edərəkən, özünü həmin siyahının başına yerləşdirməlidir. Çünki Fələstində insanların tökülən qanına onun əli kifayət qədər bulaşıb.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 12 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri