Icma.az
close
up
RU
“Bu, Ukraynaya dəstəkdir...” Zatulin yenə “qəzəblənib” və Bakını “ittiham edir”

“Bu, Ukraynaya dəstəkdir...” Zatulin yenə “qəzəblənib” və Bakını “ittiham edir”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

"Ukraynaya qaz tədarükü ilə bağlı qərar birmənalı olaraq Ukraynaya dəstək məqsədi daşıyır".

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, hər zaman anti-Azərbaycan mövqeyi və ermənipərəstliyi ilə seçilən Konstantin Zatulin “Lenta.ru”-ya açıqlamasında deyib.

O əlavə edib ki, Azərbaycanın Ukraynaya qaz ixrac etməsi, rəsmi Bakının əvvəlki siyasətinin davamıdır və bu, bir daha göstərir ki, Azərbaycan Rusiya ilə münasibətləri saxlasa da, indi bu münasibətlər onun üçün ikinci plana keçib.

Zatulin iddia edib ki, bununla Azərbaycan özünü “Rusiyaya qarşı ən azı müttəfiq kimi aparmır və Rusiyanın düşmənləri ilə münasibətlərdə özünü heç bir şəkildə məhdudlaşdırmayan ölkə kimi” görünür. Ancaq nədənsə, Zatulin onun ölkəsinin Azərbaycana qarşı nəinki müttəfiq, əksinə, düşmən münasibətini, hər addımda Azərbaycanı və azərbaycanlıları aşağılamaq cəhdlərini, ölkəmizə qarşı açıq təxribatlarını, Kreml təbliğatının Azərbaycandan düşmən düzəltməyə yönələn fəaliyyətini və s. görməzlikdən gəlir. Onun dediklərindən isə belə çıxır ki, Azərbaycan hansı ölkəyə nə ixrac etməli olduğunu Rusiyadan soruşmalıymış. Uzun illər boyu Ermənistana pulsuz silah ötürəndə, erməniləri Azərbaycana qarşı həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan “yemləyəndə” nədənsə Azərbaycanla “strateji müttəfiqlik” yada düşmürdü...

Qeyd edək ki, bundan əvvəl Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Sergey Koretski məlumat vermişdi ki, Ukrayna Trans-Balkan dəhlizi ilə ilk dəfə olaraq Azərbaycandan qaz idxal edir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 İyul 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri