Icma.az
close
up
RU
Tehranın Bakını ittiham etməsinə güneylilərin Cavabı

Tehranın Bakını ittiham etməsinə güneylilərin Cavabı

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

12 gün davam edən müharibə təkcə İranın indiyə qədər təbliğ olunan “qüdrətinin” pafosdan başqa bir şey olmadığını ortaya çıxarmadı, həm də bu rejimin düşdüyü vəziyyətdən dərs çıxarmadığını, problem və günahkarın kənarda axtarışının aparılması psixologiyasından xilas ola bilmədiyini növbəti dəfə təsdiqlədi. Acınacaqlı vəziyyətdir: 12 gün ərzində İsrail İranın hərbi rəhbərliyini sıradan çıxardı, hava məkanını tam nəzarətə götürdü, nüvə proqramını və öyündükləri raketləri “zibil qutusuna” atdı və bütün bunları İran daxilində qurduğu casus və hərbi kəşfiyyat vasitəsilə icra etdi.

Bu mənzərə qarşısında İranı idarə edənlər oturmalı və düşünməlidir: harada səhv ediblər, ən yüksək səviyyəyə qədər uzanan casus şəbəkəsini necə görə bilməyiblər, İsrail Tehranın mərkəzində dron istehsal edərkən, bu ölkənin təhlükəsizlik orqanları və kəşfiyyatı, SEPAH-ı, ETALLAATI harada yatmışdı?!
Biz bunun əksini gördük. İranın mühafizəkarlara və SEPAH-a bağlı mediasında və farsdilli sosial şəbəkələrdə rejimin “direktivləri” əsasında üzləşdikləri məğlubiyyətə, düşdükləri acınacaqlı vəziyyətə görə “günahkar” axtarışı aparılır, xüsusilə Azərbaycanın suçlu çıxarılmasına gülünc cəhdlər edilir.

Azərbaycana qarşı irəli sürülən iddialar/ittihamlar gülünc olduğu qədər, absurddur da. Bu iddialara baxın:

- Guya Azərbaycan MOSSAD-ın geniş və hərtərəfli fəaliyyəti üçün öz ərazisində münbit şərait yaradıbmış;

- Guya MOSSAD-ın İranda gizli əməkdaşlarının və əməliyyat qrupunun yaranmasına Azərbaycan dövləti kömək edib və İrandakı soydaşların İsrail xüsusi xidmət orqanlarına cəlb etdilməsinə yardım edib;

- Guya İran və Güney Azərbaycan şəhərlərinin, xüsusilə Təbrizdəki strateji obyektlərinin bombalanmasında Azərbaycan neftinin və yanacağının xüsusi rolu olub. Yəni Azərbaycan neft satmasa, İsrailin F-35-ləri İranı darmadağın etmək üçün uça bilməyəcəkdi;

- Guya Azərbaycan müharibədə qonşu ölkəyə hücumu qınamayıb;

- Guya Azərbaycan müsəlman ölkəsi olaraq, İranın “sionistlərlə” müharibəsində qardaşlarına arxa durmayıb.
Heç bir fakt olmadan irəli sürülən bu iddiaların yeganə məqsədi İran hakimiyyətinin məğlubiyyətin məsuliyyətindən yayınması, özlərini “təmizə çıxarmaq” və Güney Azərbaycandakı soydaşlarımız arasında Azərbaycanla bağlı mənfi rəyin yaradılmasıdır. Lakin elə güneyli soydaşlarımız farsdilli medianın iddialarına/ittihamlarına tutarlı cavab verərək, bütün bunların İran hakimiyyətindən qaynaqlanan qarayaxma kampaniyasından başqa bir şey olmadığını göstərdilər.
Güney Azərbaycan bölgəsinin sosial media seqmentlərində farsdilli medianın əsassız və qərəzli iddialarına cəsarətli və arqumentlə verdiyi cavablar bu qarayaxma kampaniyasını alt-üst etdi. Bu cavabların nədən ibarət olduğuna diqqət edək:
- Azərbaycan-Ermənistan müharibəsində İranın tutduğu mövqe, göstərdiyi münasibət, torpaqlarımızın işğalının davamı üçün Ermənistana verdiyi hərbi və iqtisadi yardım, Ermənisatana və Qarabağa daşınan silahlar üçün tranzit olması faktları irəli sürülüb;

- 30 illik müharibə dövründə Azərbaycanın maddi-mədəniyyət abidələri dağıdılarkən, islam mədəniyyəti vandalizmə məruz qalarkən, özünü İslam Respublikası adlandıran İran Ermənistanı dəstəkləyirdi. Hətta İran Şuşa şəhərində tarixi və dini abidələrin məqsədli şəkildə farslaşdırılmasına cəhd edirdi;

- 44 günlük müharibədə Azərbaycan Ordusu torpaqlarımızı azad edərkən, İran hərbçiləri Zəngilanda əsgərlərimizin önündə süni maneələr yaradır, işğalçı Ermənistana kəşfiyyat və digər hərbi yardımlar edirdi;

- Vətən müharibəsində Ermənistan Gəncə və Bərdə şəhərləni bombalayanda, mülki insanları qətlə yetirəndə İran dövləti susur, bu gün Azərbaycanı ittiham edən farsdilli media isə ermənilərin ruporu rolunda çıxış edirdi. İndi mülki insanların zərər görmədiyi, yalnız hərbi hədəflərin dağıdıldığı İran-İsrail müharibəsində Azərbaycandan “kömək ummaları” tragikomikdir;

- 44 günlük müharibədə İranın sərgilədiyi xain mövqedən fərqli olaraq, Azərbaycan bu müharibədə özünü həmişə olduğu kimi ləyaqətli şəkildə apardı. Prezident İlham Əliyevin güneyli soydaşlarımızın yaşadıqları bölgələrdə hərbi hədəflərə zərbə endirərkən, sivillərin xəsarət almaması ilə bağlı İsrail dövlətinə dəfələrlə müraciət etməsi də bunun real nümunəsidir. Və bu müraciət həm də İranın məğlub olduqları müharibəyə görə Azərbaycana qarşı irəli sürdükləri iddiaları alt-üst edir.
Güneyli soydaşlarımız farsdilli medianın ölkələrinin çətin vəziyyətə düşməsinə baxmayaraq, Azərbaycanı ittiham etməsinə məhz bu arqumentlərlə tutarlı cavab verdi. Bu, İran hakimiyyəti üçün də dərs olmalıdır. Anlamalıdırlar ki, güneyli soydaşlarımız Azərbaycan haqqında mənfi rəy yaratmaq üçün uydurulan iddialar/ittihamları yaxşı görür və məqsədin nə olduğunu anlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 İyun 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri