Icma.az
close
up
RU
Adımızı batıranlara 200 minlik maşın alırlar, bizi ABŞ yə göndərməyə 5 oğul tapılmır Gənc alim

Adımızı batıranlara 200 minlik maşın alırlar, bizi ABŞ yə göndərməyə 5 oğul tapılmır Gənc alim

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Mən və komandam illərdir əziyyət çəkib çox gözəl elmi işlər ortaya qoyuruq. Bunun qarşılığında isə paylaşımlarımıza gələn reaksiya cəmi 20-25, nadir hallarda 100-ü keçən reaksiyalar olur. Eyni hal bir çox elm adamlarının, alimlərin və startapçıların paylaşımında da müşahidə olunur. Sadəcə ürəkbulandırıcı dərəcədə az reaksiya var”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Dünya Startap Çempionu, gənc alim Tural İsmayılzadə deyib. O, paylaşımlarını TikTok-da yüzminlərlə baxış toplayan şəxslərlə müqayisə edib:

“Kiminlə danışırsansa, deyir ki, mən səni izləyirəm. Ay yoldaş, sən gizli casussanmı məni izləyirsən?
Bu vəziyyətin yaranmasında birbaşa və ya dolayı yolla iş adamlarının da rolu var. Onlar həmin "TikTok”erlərə bahalı hədiyyələr verir, ev-maşın alırlar, xaricə səfərlərini maliyyələşdirirlər. Amma biz Avropa və Amerikaya getmək üçün qabağa çıxacaq 5 mərd oğul tapa bilmirik!

Nə qədər təkzib etsəniz də, cəmiyyətin məhvinə səbəb olanlar məhz bu TikTok fenomenlərini maliyyələşdirən iş dünyası və bu insanların canlı yayımından çıxmayan siz cəmiyyətsiniz!”

Alim cəmiyyəti elm adamlarına dəsrək olmaq üçün fond yaratmağa çağırıb:

“10 milyonluq xalqıq. Əgər bir ictimai fond yaratsaq və hər kəs ora ildə cəmi 1 manat atsaydı, hər il 100 alim və ya startapçını dəstəkləyə, onları qlobal arenaya çıxara bilərdik. Və bu insanlar 10 il sonra ölkəyə ildə milyardlarla gəlir gətirə bilərdilər.

Heç kim məsələni başqa yerə çəkməsin. Mən və mənim ətrafımdakı gənclər kredit götürüb ölkəni təmsil edirik və bunun qarşılığında cəmiyyətin bizi görməməsindən narazıyıq! Məsələ "layk" atmaqda deyil, məsələ gördüyümüz işə verdiyiniz dəyərdədir!

Biz 18 iyun tarixində Amerikanın San-Fransisko şəhərində keçirilən AI Summit-də dünyanın ən yaxşı 5 layihəsindən biri seçilmişik və Amerikaya dəvət almışıq. Bilirsiniz bu nə deməkdir?! Dünyanın ən yaxşı 5 mütəxəssisi içində səhnəyə çıxmaq şansı! Dünya sizi eşitmək istəyir, amma öz cəmiyyətiniz sizin üçün qulağını bağlayıb...

"Sən bizim bayrağımızı ucaldırsan, gəl bu 5000, 10000, 20000 manat da bizdən sizin səfərlərə dəstək olsun" deyən 5 mərd insan varmı? Amma hər ay Dubayda adımızı batıran qadınlara 200 minlik maşın-ev alan nə qədər iş adamı görürük?

Bax, bunlar bizim gələcəyin real göstəriciləridir. Qeyrətdən danışarkən, elm adamları ilə əxlaqsızlar arasında yaranan mütənasibliyə diqqət yetirmək lazımdır. Əgər bir elm adamı bu cəmiyyətdə küçədəki bir qadın qədər dəyər qazanmırsa, həmin cəmiyyətin aqibəti artıq bəllidir”.

Billurə
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 May 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri