Icma.az
close
up
RU
Adını Bəsti, Yetər, Kifayət, Tamam qoydular...

Adını Bəsti, Yetər, Kifayət, Tamam qoydular...

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Zamanın bütün kəsiklərində oğlan uşaqlarına çox dəyər verilib: onlarla qızlar arasında ayrı-seçkilik edilib, qızdan çox oğlan arzulanıb, qız doğulanda yasa batanlar olub, “Əh, nə etməli, bəxtini Allah versin” deyənlər də olub... Bəzən niyə qızım oldu?”,-deyib gizli-gizli ağlayan analar da olub, günlərlə utandığından camaat içərisinə çıxmayan kişilər də olub... Qızlarının adını Bəsti, Yetər, Kifayət, Tamam qoyub, sanki Allaha “ta qız bəsdir” mesajını göndərənlər də olub...

Qıza nə üçünsə ikinci dərəcəli övlad kimi baxılıb. Oğul düşmən çəpəri olub, qız isə köçəri quş. Oğul şirin pay olub, hamilə qadınlara “Allah sənə şirin bir pay versin” alqışı yağdırılıb. Lakin qız doğulanda köks ötürülüb. Oğula “son” deyiblər, oğlun varsa, sonun var, qız sahibi sonsuz hesab edilib, qızın varsa, “sonun yoxdur” deyiblər...

Bir-birinin ardınca qız doğanda gəlinlər qayınanası tərəfindən məzəmmət edilib, “sən də bir oğlan doğa bilmədin”lə lənətlənib. Kişilər ona oğlan doğmadığı üçün həyat yoldaşından ayrılıb, başqa biri ilə evlənib. Və yaxud da həyat yoldaşına xəyanət edib, illər sonra məlum olub ki, filankəsin bir oğlu da varmış...

Dünyaya oğlan gətirmək üçün qadınlar hamiləliyi 3-4 ay olanda USM-ə yollanıb. Döl oğlandırsa, saxlanılıb, qızdırsa əli, ayağı, başı-bədəni hissələrə bölünüb bətnindən kənarlaşdırıb. Çünki ona qız deyil, oğlan lazım olub. Bunu çox vaxt öz istəyi ilə etməyib hamilə qadın. Çünki o, anadır, ana üçün qız, yoxsa oğlan, fərqi yoxdur, ikisi də onun göz bəbəyidir, canıdır. Lakin ətrafın tənəsi, qohumların yad baxışları, bir də “onun var, mənim də olmalıdır” istəyi 3-4 aylıq qız uşaqlarının qətliamına hökm verib.

Qızların böyüməsinə çəkilən xərci israf bilən atalar də olub. Onun üçün alınan paltarların, yediyi yeməyin hədər olduğunu düşünənlər də olub. Həddi-buluğa çatar-çatmaz, az yaşındaca ərə verib başından edən atalar da olub. Sanki evində qaldıqca, yediyi-içdiyi, geyindiyi ilə onu ziyana salırmış deyə...

Qızlar çox sevilməyib. Ona görə də onlara həm də qul-qulluqçu kimi baxılıb. Kiçik yaşlarından ağır işlər gördürən valideynlər də olub qızlara: balaca əlləri qab yuyub, ev təmizləyib... Qızlar özlərindən kiçik qardaş-bacılarına dayəlik də edib. Ata-ana işə gedib uşağı onların üstünə atıb. Qızlar kiçik ikən ana, doğmamış uşaq sahibi olub. Əlindən gəlinciyi alınıb, baxıcılıq tapşırılıb...

Beləcə zaman-zaman qıza qarşı istəksizlik oğlanların çox sayda doğulması ilə nəticələndi. USM-lər qızları torpağa gömüb, oğlanlara həyat verdi. Budur, ölkəmizdə doğulan oğlanların sayı hər il qızlardan qat-qat çoxdur. Artıq məktəb siniflərində 19 oğlan, 5 qız, 17 oğlan 3 qız və sair belə disbalans vəziyyətlər var...

Kim bilir, bəlkə də zaman qızın tərəfində oldu. Ata-ana deyilən bəzi varlıqlardan əsirgədi qızı, əgər anlaya bilsələr... Qızı qızıldan da baha, dəyərli lələ çevirdi. Budur, qız qızıla dönür. Qarşıdakı illərdə oğlanlar ailə qurmaq üçün qarşı cinsin nümayəndələrini tapmaqda çətinlik çəkəcək. Bax, ata-analar bunun səbəbkarı oldu.

Məhəmməd Peyğəmbərin bir hədisində deyilir: “Qız övladları rəhmət, oğlanlar isə nemətdir. Allah nemətə görə sorğu-sual edər, rəhmətə görə isə mükafatlandırar”.

Qızı istəməyən valideynlər, onun doğulması üçün anasını incidən atalar, gəlininə tənəli sözlər yağdıran qayınanalar, qıza qul kimi baxanlar, onlara ağır işlər gördürənlər, qızı doğratdırıb bətnindən kənarlaşdıranlar, sözüm sizədir, mükafatınızın nə olacağını düşünürsünüzmü? Sizi qarşıda böyük bir imtahan gözləyir...

Yazını 11 oktyabr-Beynəlxalq Qızlar Günü münasibətilə yazdım. Bu günə özəl olaraq bir məsləhətim var analara: kaş ki, hər birinizin bir qızı olsun. Olsun ki, onunla Allahdan mükafatınızı ala biləsiniz.

Bir də, onların adını Bəsti, Yetər, Kifayət, Tamam qoymayın. Böyüyəndə mənasını anlayırlar...

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see260

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see239

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see238

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see231

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see229

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see221

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see219

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see219

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see203

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see200

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see199

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see199

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see195

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see195

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see192

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see188

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see183

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see176

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri