“Səsin düşsün dağlara, qız hara, susmaq hara?” Fotolar
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib.
“Qafqazinfo”nun məlumatına görə, imtahanda III ixtisas qrupu üzrə 3 nəfər ən yüksək nəticə olan 400 balı toplayıblar.
Belə ki, Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Qasımova Aişə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı blok imtahanında ən yüksək nəticəni göstərib.
Qeyd edək ki, Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal, Qasımova Aişə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə 285.2 bal toplayıb.
Fotoda: Zeynəb Quliyeva
Fotoda: Aişə Qasımova
Fotoda: Fidan Qardaşova
Hazırladı: Bəsti Məmməd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 17 İyun 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















