Icma.az
close
up
RU
Atamın səsi, mənim sözüm Ömür rapsodiyaları

Atamın səsi, mənim sözüm Ömür rapsodiyaları

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nihat Pir

...O gün mən, yəqin ki, ilk dəfə atamla fəxr edirdim: atamı televiziya verilişinə qonaq çağırmışdılar. Evdə hamının üzündə xoş bir təbəssüm, hərəkətlərində qəribə bir təlaş... 

Atam üçün ən yaxşı kostyumu seçmişdi anam. Bacım atamın ən yaxşı köynəyini ütüləmişdi. Qardaşım atamın ən təzə görünən ayaqqabılarını silib təmizləmişdi. Mənsə bu get-gəllərə qıraqdan tamaşa edir, kimə necə kömək edəcəyim barədə düşünürdüm.

O gün əlimiz çatan, səsimiz yetən hamıya xəbər vermişdik. Mən sinif yoldaşlarıma xəbər elədim, anam qonşulara, qardaşım qohumlara, bacım tələbə yoldaşlarına...  "Axşam atamız televiziyada çıxış edəcək. Baxarsınız!"

O gün elə bilirdik, hamı atama baxmalıdır, hamı atamdan danışmalıdır. O gün elə bilirdik, hamının atamın səsinə ehtiyacı var, hamı o səsin sorağına mavi ekran qarşısında toplanmalı, bizim sevincə şərik çıxmalıdır.

O gün bizim evdə televiziya studiyasındakı qədər məsuliyyətli hazırlıq oldu. Hərə bir işə qoyuldu, hərə bir cür məsuliyyət daşıdı.

O gün Ucardan Bakıya gedən yol ən uzun yol oldu sanki. Atam Bakıya çatana qədər hamı narahat gəzdi, hamı nigaran qaldı; anam səbirsizləndi, bacım hövsələsizlik elədi, qardaşım tələşlandı. Mənsə yenə də olub-bitənlərə qıraqdan tamaşa edir, kimə necə kömək edəcəyim barədə düşünürdüm.

Sizə danışıram iki mininci ilin əvvəllərindən. Sizə danışıram Bakıdan çox-çox uzaqda yerləşən bir kənddən. O zamanlar televiziyaya çıxmaq möcüzə idi. O zamanlar kəndimizdən kiminsə televiziyaya çıxması elə-belə iş deyildi. Onda kiminsə televizorda görünməsi kənddə hamının səsinin kəsilməsi, hamının ona qulaq asması demək idi. O gün atam təkcə bizim ailənin başçısı deyildi. O, böyük bir kəndin nümayəndəsi, böyük bir kəndin səsi, böyük bir kəndin təmsilçisi idi həm də.

O gün elə bilirdik, atam televiziyaya çıxdısa, kəndimizin bütün problemləri arxada qalacaq. O gün elə bilirdik, atamın çıxışı ilə kəndimizdə böyüklü-kiçikli bütün narazılıqlar yox olacaq, hamısı bircə-bircə həllini tapacaq.

Axşam saat səkkiz. Kənd sükutu, kənd səssizliyi. Əlimdə imkan olsa, əvvəlcədən xəbər elədiyimiz bütün evlərə gedər, qohum-qonşu ilə həmsöhbət olar, onların da nə hiss etdiyini eşitmək, görmək istəyərdim.

O gün bizim evdə hamı böyüdü. O gün bizim evdə hamı yaşından daha müdrik göründü. Atam kəndimizin orta məktəb direktoru kimi danışdı: arxayın, özünə əmin və məsuliyyətli. Cəmisi üç dəqiqə çəkən bu nitq evimizin divarlarına elə hopdu ki, ondan sonra da həmin səsi eşitdik, həmin sözləri xatırladıq. O üç dəqiqəlik nitq evimizin pəncərəsindən, qapısından çıxıb bütün kəndi dolaşdı, bütün kəndin səsinə qarışdı, kəndlə yaşadı, kəndlə böyüdü.

...İndi televiziya daha əlçatandır. İndi televiziya hamının evinin içidir, içindədir. Amma nə olur-olsun, atamın o çıxışı mənim üçün parıltısını itirməyib. Elə bilirəm, hamı atamdan sonra televiziyaya çıxdı. Elə bilirəm, ilk dəfə efirdə məhz mənim atam danışdı, məhz mənim atamı göstərdilər, hamı məhz mənim atamla qürur duydu - mənim kimi.

İndi hər dəfə televiziya verilişlərinə qonaq kimi çağırılanda o parıltının arxasınca gedirəm, o parıltıya güvənirəm. O parıltını üzərimdə hiss edirəm, üzümdə məhz o gün ailəmizdəki hamının üzündə olan təbəssüm canlanır. Atamın arxayınlığını, özünə əminliyini, duruşunu gətirirəm göz önünə. Onun kimi olmağa, onun kimi danışmağa çalışıram.

İndi həmişə atama zəng edirəm ən birinci, ən tez onu xəbərdar edirəm. Elə bilirəm, hamıdan öncə o baxmalıdır mənim çıxışıma, elə bilirəm, hamıdan öncə o rəy verməlidir. Atamın o zaman mavi pəncərədən dediyi hər sözü cümlə edir, həm cümləni abzasa çevirirəm.

Atama qədər televiziya mənim üçün işıq və səsdən başqa bir şey deyildi. Atamdan sonra isə televiziya daha çox məhz onun səsi oldu. Bu həm də bir keçmişdir, mənim üçün, yaddaşdır, xatirədir. Hamının çıxışında atamın səsini eşidir, hamıda ondan nəsə axtarıram.  Mənim üçün efir atamın səsi deməkdir; dünən də, bu gün də, sabah da.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri