Icma.az
close
up
RU
ADMİU da milli mətbuatın 150 illiyinə həsr olunmuş tədbir keçirilib

ADMİU da milli mətbuatın 150 illiyinə həsr olunmuş tədbir keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Sözün 150 ili” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı və aparıcısı ADMİU-nun mətbuat katibi Şahanə Müşfiq çıxışında milli mətbuatımızın tarixinə qısa nəzər salıb. O qeyd edib ki, 150 il öncə Həsən bəy Zərdabinin qələmindən süzülən ilk sətirlər bu torpaqda azad fikrin, ictimai düşüncənin və mədəni maarifçiliyin təməlini qoydu. “Əkinçi” ilə başlayan bu yol indi də davam edir – qələmlə, səslə, səhnə ilə…

ADMİU-nun rektoru Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova çıxış edərək Azərbaycan mətbuatının 150 illik şərəfli və tarixi bir yol keçdiyini deyib. Rektor bu yolda Mədəniyyət və İncəsənət Universitetinin də izi olduğunu vurğulayıb. O, bu gün mətbuatın müxtəlif sahələrində, xüsusən televiziyada ADMİU-nun məzunlarının uğurla fəaliyyət göstərdiyini deyərək universitet rəhbərliyinin, müəllimlərinin onlarla fəxr etdiyini bildirib.

Tədbirdə milli mətbuatımızın 150 illik şərəfli yolunu əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid çıxış edərək Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamını xatırladıb və bu Sərəncamın dövlətin mətbuata, jurnalistika və onun təmsilçilərinə olan dəyərinin daha bir nümunəsi olduğunu vurğulayıb. Bu Sərəncamdan irəli gələrək müxtəlif dövlət qurumlarının Milli Mətbuat Günü ilə bağlı silsilə tədbirlər keçirdiyini deyən R.Məcid Mədəniyyət və İncəsənət Universitetinin bu təşəbbüsünü alqışlayıb və mətbuatımızda ADMİU-nun məzunlarının da kifayət qədər təmsil olunduğunu deyib.

Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Əməkdar jurnalist, “Ədəbiyyat və incəsənət” portalının təsisçisi Varis Yolçiyev çıxışında mədəniyyətin, ədəbiyyatın mətbuatdakı əks edilməsindən danışıb və bunun əhəmiyyətini xüsusi vurğulayıb.

Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru və “Yada düşdü” jurnalının baş redaktoru və təsisçisi Nəzakət Məmmədova və ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar İncəsənət xadimi, professor Əli Əmirli də çıxışlarında günün məna və önəmindən danışıb, inkişaf etməkdə olan texnologiyalar sayəsində çətin dövrlərini yaşayan çap mediasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Tədbirin davamında Mədəniyyət və İncəsənət Universitetinin mətbuatımızda uğurla təmsil olunan məzunlarından danışılıb. Qeyd edilib ki, mətbuatımızın 150 illik ömür yolunda Mədəniyyət və İncəsənət Universitetinin də izləri az deyil. Universitetin məzunları müxtəlif mətbu orqanlarda fəaliyyət göstərir, Azərbaycan jurnalistikasının inkişafına öz töhfələrini verirlər.

Daha sonra ADMİU-nun məzunları - Mədəniyyət Telekanalının direktor müavini Bəhruz Niftəliyev, İdman Telekanalının direktoru Zaur Zeynalov, “moderator.az” saytının baş redaktoru, teatrşünas Xəyalə Rəis, Baku TV-nin redaktoru Emil Hacıyev çıxış edərək tələbəlik illərindən və mətbuatdakı fəaliyyətlərindən danışıblar, 150 illik yubiley ərəfəsində məzun olduqları universitet tərəfindən belə bir tədbirlə yad edilməyin sevinc və qürurunu bölüşüblər.

Tədbirin bədii hissəsində aktyor sənəti ixtisası üzrə II kurs tələbələri Səma Muğanna və Mehriban Nuriyeva Üzeyir Hacıbəylinin “Ordan-burdan” felyetonundan parçanı ifa ediblər. Teatr sənəti fakültəsi musiqili teatr aktyoru ixtisası üzrə 2-ci kurs tələbələri (Oktay Abbaslı, Məhərrəm Xəlilli, Mehriban Nuriyeva, Tamilla Həsənova, Sənan Babayev, Fatma Həbibova, İlahə Sadıqova, Ziya Sadıxlı) Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasından fraqment təqdim ediblər. Kursun rəhbəri Əməkdar artist Qurban Məsimovdur. Musiqi sənəti fakültəsinin tələbəsi Fərid Əzizlinin ifaları da gecəyə ayrıca rəng qatıb.

Sonda ADMİU-nun fəaliyyətini hər zaman işıqlandıran, daha geniş auditoriyaya təqdim edən bir sıra media nümayəndələrinə “Təşəkkürnamə”lər və Ş.Müşfiqin müəllifi olduğu, ADMİU-nun müharibə qəhrəmanlarına həsr olunmuş “Sənətdən cəbhəyə” kitabı təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri