Icma.az
close
up
RU
QHT Milli Mətbuatın 150 illiyinə həsr olunmuş film konserti tamamladı

QHT Milli Mətbuatın 150 illiyinə həsr olunmuş film konserti tamamladı

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təsis edildiyi gündən Azərbaycançılıq məfkurəsinə xidmət edən “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bəhram Nəsibov əsərlərdə” adlı layihə çərçivəsində film-konsertin çəkiliş və montaj prosesini başa çatdırıb.

Bu barədə “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a məlumat verib. Onun sözlərinə görə, nəticə gözlədiklərindən də uğurlu alındı:

"Montaj prosesinin tamamlanmasından və filmə baxışdan sonra inamla deyə bilərəm ki, "Bəhram Nəsibov əsərlərdə" film-konsert layihəsi Milli Mətbuatımızın 150 illiyinə töhfələrdəndir. Bir neçə mövzunun vəhdəti film-konsertdə uğurlu həllini tapıb. Film konsertdə Milli Mətbuatımızın yaranması, keçdiyi şərəfli yol, yetirdiyi şəxsiyyətlər, Ulu öndərin Sovet dönəmində də, müstəqillik illərində də Milli Mətbuata dəstəyi və bu dəstəyin bu gün də davam etirilməsindən söz açılır.

Bununla yanaşı ekologiya, yaşıllaşdırma və alternativ enerji mənbələri sahəsindəki inkişaf yolundan söz açılır. Həm Milli Mətbuat, həm də ekologiya musiqinin harmoniyasında audiovizual həll edilib. Film-konsetdə ölkə başçısı cənab İlham Əliyevin mətbuat, ekologiya və alternativ enerji sahəsində, həmçinin işğaldan azad edilən Qarabağımızın çiçəklənməsindəki rolu da əksini tapıb. Bəstəkar, şair, ifaçı Bəhram Nəsibovun Azərbaycançılıq məfkurəsini vəsf edən mahnıları və şeirləri, Ulu öndərin qayıdışını və qurucusu olduğu, Azərbaycanın inkişafında müstəsna rolu olan Yeni Azərbaycan Partiyasını vəsf edən şeirləriylə tanış oluruq.

Film-konsertdə Qarabağın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermis şəhidlərimiz də yad edilir. Film-konsertdə musiqinin müşayiəti, müsahiblərin şərhiylə mətbuat, ekologiya və alternativ enerji sahəsi sanki mistik bağla bir-birinə bağlanıb. COP29 tədbiri də film konsertdə işıqlanıb. Film boyu jurnalist qızın qeydlərini aparıb, fotoqrafın hadisələri fotonun yaddaşına köçürməsi prosesini oxucu iştirakçı kimi görür, həm də məlumatlarla qəzet vasitəsi ilə tanış olur. Bu  qeyri-adi yanaşmada sanki tamaşaçı kimi bizlər də oxucu ilə birlikdə hadisələrin əyani iştirakçılarına çevrilmiş oluruq".

Adil Nəsibov həmçinin bildirib ki, film-konsetdə “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Milli mətbuatımızın keçdiyi şərəfli yoldan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai şuranın sədri Amin Məmmədov ölkəmizdə aparılan yaşıllaşdırma işlərindən ətraflı söz açır:

"Milli Konservatoriyanın baş müəllimi, dirijor Aysel Bağırova isə film-konsetdə mahnıları təhlil edir. Film-konsertdə bəstəkar Bəhram Nəsibovun milli mətbuatımızı, təbiətimizi, ekologiyamızı və alternativ enerji mənbələrini vəsf edən altı mahnısından beşi ilk dəfə səslənir. Mahnıları müğənnilərdən Fövqaladə Hallar Nazirliyinin Akademiyasının hərbi orkestrinin solisti Anar İlhamlı, şair-müğənni Günel Nazarova, Respublika üzrə müğam müsabiqəsinin qalibi Nurlan Səfərov, “Solostar” istedadlar yarışının qalibi Mirhidayət Kazımov ifa edib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə İctimai Birliyimizə etimad göstərərək, Milli Mətbuatımızın 150 illiyinə töhfə vermək şansını yaratdığına görə minnətdarlığımı bildirirəm".

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyul 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri