Icma.az
close
up
RU
Adnan Əhmədzadənin həbsindən sonra... Hər şey gözəl, hər şey əla idi, ta ki...

Adnan Əhmədzadənin həbsindən sonra... Hər şey gözəl, hər şey əla idi, ta ki...

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İş adamı Adnan Əhmədzadənin həbs olunmasından sonra İspaniyanın “Marset” klubunda olan azərbaycanlı uşaqlarla bağlı vəziyyət qeyri-müəyyən qalıb. 

Həmin akademiyada çıxış edən uşaqlardan biri Kamil Həsənovun atası Mərdan Həsənov “Qafqazinfo”ya vəziyyətlə bağlı açıqlama verib. 

O bildirib ki, ödənişlər olmadığı üçün “Marset” akademiyasından bildirilib ki, uşaqları orada saxlaya bilməyəcəklər: “Mənim oğlum və onun bir qrup həmyaşıdları 2024-cü ilin sentyabr ayında həm futbol oynamaq, həm də təhsil almaq üçün İspaniyanın Barselona şəhərində yerləşən “Marset” akademiyasına yollanıb. Hər şey gözəl, hər şey əla idi, ta ki, məlum hadisəyə qədər. Son yaşananlardan sonra bizə dedilər ki, ödəniş olmadığı üçün uşaqları İspaniyada saxlaya bilməyəcəklər. ASTA (Azerbaijan Sport Talents Academy) rəhbərliyindən də hesablarının dondurulduğu üçün ödəniş etməklərinin mümkün olmadığını dedilər bizə. 

Bildiyim qədərilə toplam 32 uşaqdan cəmi 5-6 nəfəri saxlayıblar. Həmin uşaqlar 2023-cü ildən “Marset”də olanlardır. Amma onları da deyəsən, yanvar ayına qədər saxlayacaqlar. 

Kamil və onun bəzi komanda yoldaşları, yəni 2009-cu il təvəllüdlü uşaqlar bu hadisələr baş verəndə millinin heyətində idilər. Onlar milli ilə birlikdə Fransadan ölkəmizə gəliblər, İspaniyaya qayıtmayıblar. 

Mən öz adımdan ASTA rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, uşaqlarımız üçün belə fürsət yaratmışdılar. Oradakı uşaqların 70-80 faizi milli üzvləri olduğu üçün AFFA-nın və Gənclər və İdman nazirliyinin bu məsələyə müdaxilə etməsini gözləyirəm. Xahiş edirəm ki, uşaqlarımızın “Marset”ə qayıdıb futbolla məşğul olmasına köməklik etsinlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see236

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see232

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see196

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see195

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see189

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see170

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see165

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see147

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see136

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see135

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see133

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see133

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see133

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see131

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see131

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see130

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see130

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see128

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri