Icma.az
close
up
RU
Ədəbiyyat və incəsənət xadimlərinin mükafatlandırma mərasimi

Ədəbiyyat və incəsənət xadimlərinin mükafatlandırma mərasimi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müharubə Veteranları Evində qazax yazıçısı, Qazaxıstan-İspaniya yazıçılar Assosiasiyasının Prezidenti Baxit Rüstəmovla görüş keçirilib. Ümumxalq Xalq Diplomatiyası Cəmiyyətinin Qazaxıstanda keçirilən ədəbiyyat və  incəsənət müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elməri doktoru, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev çıxış edərək, belə möhtəşəm gündə iştirakına görə tədbir təşkilatçılarına və Baxit Rüstəmova öz dərin təşəkkürünü bildirib. 

Sonra, Baxit Rüstəmov mükafatları təqdim etməzdən əvvəl iştirakçıları salamlayıb. Bildirib ki, biz türklər hər zaman bir-birimizə dəstək olmalı, qlobal miqyasda bir-birimizi tanıtmalıyıq: 

- Burda mən sadə qələm adamlarını yox, Türk Dünyasının “Qızıl Qələm” lauretlarını görürəm. Bu gün burda oturanlar təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində tanınırlar. Hər biriniz dünya miqyasında tanınmış insanlarsınız. Azərbaycanı mədəniyyət sahəsində təmsil edirsiniz. Bu da məni çox sevindirir. Buna görə də, biz bir-birimizin uğurlarına sevinməli, bir-birimizə dəstək olmalıyıq. Bir olmaq bizim gücümüzü ifadə edir.

Daha sonra, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev, BMT-nin müstəqil eksperti, şairə Elmaya Cabbarova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Zakir Ağdamlı, Azərbaycan, Rusiya və Şimali Amerika Yazıçılar Birliyinin üzvü, “Cəmiyyət və Qadın” jurnalının redaktoru, yazıçı, publisist Səriyyə Məmmədova, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İB-nin və Yasamal Rayon Qadınlarının İctimai Şurasının sədri  Mehriban Abdullayeva, Almaniya Beynəlxalq Ədəbiyyat, İncəsənət və Kommunikasiya Akademiyasının həqiqi üzvü, Şimali Amerika Yazıçılar Birliyinin üzvü, rəssam Nihad Əliyev və başqaları Assosiasiyanın Prezidenti Baxit Rüstəmov tərəfindən Əl-Fərabi medalı ilə təltif olunublar. Sonda xatirə fotoları çəkilib. 

Baxit Rüstəmov - qazax yazıçısı, Qazaxıstan-İspaniya yazıçılar Assosiasiyasının Prezidenti XQ-yə müsahibəsini təqdim edirik: - Bu gün Azərbaycanlı dostlarımla bir yerdəyəm. Buna görə özümü çox xoşbəxt hiss edirəm. Burada məni qarşıladıqlarına görə hər birinə təşəkkür edirəm. Onlara uğur və xoşbəxtlik arzulayıram. Diqqətinizə görə çox sağ olun!

Fidan Salmanova
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri