Icma.az
close
up
RU
“Turan Tovuz” yenidən zirvəni ələ keçirdi

“Turan Tovuz” yenidən zirvəni ələ keçirdi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Karvan-Yevlax – Turan Tovuz 1:2 (0:0)
1. Kamran İbrahimov – 5,0
(25. Əmrah Bulud, 46) – 5,0
18. Süleyman Əhmədov – 5,0
21. İmani Barker – 5,0
32. Elvin Yunuszadə - 5,0
(14. Uğur Cahangirov, 84) – qiymətsiz
2. Şakil Sno – 6,0
6. Vadim Abdullayev – 5,0
19. Tompson Qavi – 5,0
33. Eltun Turabov – 5,0
11. Kayl Spens – 5,5
20. Coy-Sleyd Mikels – 5,0
7. Araz Abdullayev (k) – 5,0
Ehtiyat oyunçular
42. İbrahim Qədirzadə
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
77. Əli Abdullayev
12. Vitor Roşa
37. Mois Nqvisani
3. Said İranxan
8. Peter Kinqs
10. Samuel Durrant
4. Olavale Doyeni
Baş məşqçi: Azər Həşimov
Komandanın ən yaxşısı: Şakil Sno
1. Oleq Baklov – 5,5
3. Enrike Silva – 5,5
5. Roderik Miller – 5,5
(88. Faiq Hacıyev, 82) – qiymətsiz
15. Emmanuel Hakman (k) – 5,5
32. Hayderson Urtado – 5,0
(4. Şəhriyar Əliyev, 65) – 5,0
7. Xorxe Silva – 5,0
19. Roberto Olabe – 6,5
23. Alexandro Serrano – 6,0
17. Rəhim Sadıxov – 5,0
(29. Filip Ozobiç, 57) – 6,0
90. Joarlem Batista – 5,5
(99. İbrahima Vaci, 82) – qiymətsiz
21. Aleks Souza – 5,0
(11. Ayxan Hüseynov, 57) – 5,0
Ehtiyat oyunçular
41. Sergey Samok
13. Mehman Hacıyev
10. Xəyal Nəcəfov
6. Fərid Yusifli
2. Abdulla Rzayev
77. Veysəl Rzayev
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Roberto Olabe
Qollar: Ş.Sno, 69 (1:0, K.Spens). A.Serrano, 71 (1:1, R.Olabe). F.Ozobiç, 77 (2:1, R.Olabe).
Vərəqələr: E.Turabov, 10 (qeyri-idman hərəkəti). R.Miller, 18 (hakimin qərarına etiraz). Ş.Sno, 41 (qeyri-idman hərəkəti). V.Abdullayev, 74 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELVİN BAYRAMOV, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Nəriman Axundov (Bakı).
24 oktyabr. Şamaxı. Şəhər stadionu. 300 tamaşaçı (2200 yerlik).
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Şamaxıda elitada qalmaq uğrunda mübarizə aparan “Karvan-Yevlax”la çempionluğa iddialı “Turan Tovuz”un duelinə şahidlik etdik. Ancaq nə Azər Həşimovun komandası matçın statusuna uyğun çıxışla yadda qaldı, nə də Kurban Berdıyevin.

Hər halda, futbolsevərlər oyunun daha gərgin mübarizə şəraitində keçəcəyini gözləyirdi. Əslində bu baxımdan 2-ci dəqiqədə Serranonun ötürməsini qəbul edən Rəhimin hesabı açmaq cəhdini vurğulaya bilərdik. Ancaq təcrübəli hücumçunun zərbəsi zəif alındığından Kamrana problem yaratmadı. Yevlax təmsilçisinin “cavab atəşi” 9-cu dəqiqəyə təsadüf etdi. Mikels Baklov səddinə ilişdiyindən başla fərqlənmək imkanını əldən verdi. O başqa məsələ ki, almaniyalı bir qədər düşünülmüş oyunla istəyinə çata bilərdi. Axı qarşısında qapıçıdan başqa maneə yox idi…
Bundan sonra uzun müddət sakit məcrada davam edən qarşılaşmada bir də 37-ci dəqiqədə həyəcan artdı. Hücuma çıxan Souza əvvəl məhz özü fərqlənmək eşqinə düşdüyündən dəfələrlə zərbə mövqeyi tapmağa cəhd göstərsə də, istəyinə çatmadı. Yevlaxlılar tərəfindən “mühasirəyə alındığını” görən braziliyalı, nəhayət, Joarlemə ötürmə vermək qərarına gəldi ki, irəli atılan Kamran topu ələ keçirdi. Birinci hissədə sonuncu təhlükəli vəziyyəti 45-ci dəqiqədə izlədik: Olabenin təxminən 30 metrdən fərqlənmək cəhdi alınmadı. Belədə komandalar fasiləyə qolsuz “sülh”lə yollandı.
İkinci yarı da “Turan Tovuz”un imkanları “sağa-sola xərcləməsiylə” başladı. Ancaq bu səhvlərə görə məhz Joarlemi qınamalıyıq. Çünki məhz o, həm 47-ci, həm də 48-ci dəqiqələrdə ələ düşən imkanları dəyərləndirə bilmədi. Ardınca Yevlax təmsilçisi uğursuz hücumla yadda qaldı. Araz təkbaşına təşkil etdiyi hücumda həlledici zərbəni Spensə həvalə etdi ki, sonuncunun zərbəsi topun qapıdan yan keçməsinə səbəb oldu. Yevlaxlılar 66-cı dəqiqədə az qala avtoqol müəllifi olacaqdı. Çünki Ozobiçin təxminən 20 metr məsafədən tora qovuşdurmaq istədiyi top Eltuna toxunandan sonra “çərçivə”dən keçmək üzrə idi. Ancaq fasilədə zərurətdən Kamranı əvəzləyən Əmrah vəzifəsinin öhdəsindən layiqincə gəldi. Nəhayət, 69-cu dəqiqədə yevlaxlılar hesabı açdı: Sno Spensin qapıya paralel ötürməsini qolla tamamladı. Amma nominal meydan sahiblərinin qol sevinci uzun sürmədi. 71-ci dəqiqədə cərimə meydançasının həndəvərində Olabenin daban ötürməsini qəbul edən Serrano qüvvətli zərbəylə hesabı bərabərləşdirdi. Qonaqların növbəti qolu da özünü çox gözlətmədi. Ozobiç 77-ci dəqiqədə Serranonun uğurunu təkrarladı. Sadəcə, vacib məqamı bildirməliyik: burda qapıya zərbəni Olabe vurmuşdu. Ancaq top hərəkətdə olarkən Ozobiçə toxunaraq istiqamətini dəyişdi, daha dəqiqi, qapıdan keçdi. Komandalar qalan vaxtda da təhlükəli hücumlara imza atdı. Lakin Millerin zərbəsi qeyri-dəqiq alındısa, Vadim Baklovla bacarmadı. Ayxanın 90+3-cü dəqiqədə yol verdiyi səhvi də xatırlatmağa dəyər. Təbii ki, onun Əmrahla təkbətək mübarizədən qalib ayrıla bilməməsini nəzərdə tutmuruq. Söhbət onunla paralel qaçmaqla yanaşı, daha əlverişli mövqedə olan Vaciyə ötürmə vermək imkanından gedir ki, belədə epizodun qolla nəticələnməməsi üçün möcüzə lazım idi.
İstənilən halda, “Turan Tovuz” lazımi qələbəni qazanaraq liderliyə yüksəldi. “Karvan-Yevlax” isə “qara zolaqdan çıxa” bilmir. Görəsən, Azər Həşimov da təhlükəni hiss edirmi?
Gözdən qaçmadı
// “Ultras Turan” tribunalardakı yerini almışdı. Stadionda az sayda yevlaxlı azarkeş də var idi.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:325
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Oktyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri