Icma.az
close
up
RU
ADNSU nun rektoru “AICC CASPIAN 2025” də “Mükəmməllik” mükafatına layiq görülüb

ADNSU nun rektoru “AICC CASPIAN 2025” də “Mükəmməllik” mükafatına layiq görülüb

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Dekabrın 11-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi ilə keçirilən “AICC CASPIAN 2025 – Aktivlərin Bütövlüyü, Koroziya və Örtüklər” konfransı uğurla başa çatıb. Təhsil və tədqiqat tərəfdaşı qismində tədbirdə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) son gündə də fəallığı ilə seçilib. Konfrans çərçivəsində texnoloji bütövlük, rəqəmsal innovasiyalar və sənayedə risklərin idarə olunması üzrə aktual mövzular müzakirə olunub. Konfransın sonuncu günündə keçirilən panel müzakirələrindən biri universitetin Neft-qaz və kimya mühəndisliyi üzrə proqram rəhbəri Elnur Əlizadənin moderatorluğu ilə aparılıb.

Konfransda həmçinin ADNSU-nun Elektrik-elektronika və sənaye mühəndisliyi üzrə proqram rəhbəri Mahmud İsmayılov “Xəzər Dənizi üçün Biomimetik Damcı Formalı Üzən Külək Platformasının Rəqəmsal ikili əsasında Bütövlüyünün İdarə Edilməsi” mövzusunda, ADNSU-nun dosenti Aysel Qasımzadə “Mikrobioloji və elektrokimyəvi korroziyaya qarşı yeni çoxfunksiyalı inhibitorun tədqiqi” mövzusunda və müəllim Aytən Məmmədova “Neft sənayesində istismar olunan avadanlıqlar üçün funksionallaşdırılmış fenol-formaldehid kooliqomerləri əsasında antikorrozion örtük kompozisiyalarının işlənilməsi və tədqiqi” mövzusunda təqdimatla çıxış edib, tədqiqat nəticələrini paylaşaraq iştirakçıların suallarını cavablandırıblar. Sərgi zalında ADNSU-nun stendinə gün ərzində iştirakçılar tərəfindən böyük maraq olub. Ziyarətçilərə universitetin tədris və tədqiqat imkanları, sənaye ilə əməkdaşlıq layihələri və beynəlxalq tərəfdaşlıqları haqqında ətraflı məlumat verilib. Konfransın ən yadda qalan anlarından biri isə iştirakçıların səsverməsi ilə ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun yadda qalan çıxışına görə “Aktivlərin Dürüstlüyü” nominasiyası üzrə “Mükəmməllik” mükafatına layiq görülməsi olub.

Qeyd edək ki, 3 gün davam edən konfransda 14 ölkədən 500-dən çox nümayəndə iştirak edib. Konfransda aktivlərin bütövlüyü, rəqəmsal innovasiyalar, sənayedə risklərin idarə olunması və müasir texnologiyalar mövzusunda panel müzakirələri və təqdimatlar keçirilib. ADNSU konfrans boyunca həm panel müzakirələrində həm də sərgi çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisəsi kimi fəal iştirakı ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri