Icma.az
close
up
RU
ADNSU “AICC CASPIAN 2025”də təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edir FOTO

ADNSU “AICC CASPIAN 2025”də təhsil və tədqiqat tərəfdaşı kimi iştirak edir FOTO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi ilə Aktivlərin Bütövlüyü, Koroziya və Örtüklər Konfransı və Sərgisi (AICC CASPIAN 2025) öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, üç gün davam edəcək konfransda 14 ölkədən sahə üzrə dünya liderləri, şirkət rəhbərləri və texnoloji bütövlüyün idarə olunması ilə bağlı mütəxəssislər bir araya gəlib.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də təhsil və tədqiqat tərəfdaşı kimi konfransda iştirak edir. Açılış mərasimində iştirak edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov konfransın təhsil tərəfdaşı kimi mükafata layiq görülüb.
 

Konfrans çərçivəsində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov “Hasilat üzrə bütövlüyün idarə edilməsi: Neft və qaz sektorunda inkişaf edən strategiyalar üzrə empirik tədqiqatın nəticələri” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında Xəzər dənizi hövzələrində texnoloji bütövlüyün idarə olunması ilə bağlı 6 ay ərzində 108 mütəxəssisin iştirakı ilə aparılan tədqiqatın nəticələrini təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.


Konfransın ilk günündə “Rəqəmsal innovasiya vasitəsilə boru kəmərinin bütövlüyünün artırılması” mövzusunda keçirilən panel müzakirələr ADNSU-nun Elektrik-elektronika və sənaye mühəndisliyi üzrə proqram rəhbəri Mahmud İsmayılovun moderatorluğu ilə aparılıb.
ADNSU konfrans çərçivəsində təşkil olunan sərgidə də öz stendi ilə təmsil olunur. Burada universitetin fəaliyyətini əks etdirən çap materialları, Azərbaycan və ingilis dillərində hazırlanmış broşürlər, neft və sənaye sahəsinə dair kitablar, eləcə də universitetə aid müxtəlif məhsullar nümayiş etdirilir. Sərgi ziyarətçilərinə ADNSU haqqında ətraflı məlumat təqdim olunur.
 

Qeyd edək ki, üç gün davam edəcək aparıcı sənaye tədbiri aktivlərin bütövlüyü, koroziyanın idarə edilməsi və qoruyucu örtüklər sahəsində ən son yenilikləri, mövcud çağırışları və ən yaxşı təcrübələri müzakirə etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən ekspertləri, texnologiya liderlərini və yüksək səviyyəli rəhbərləri bir araya gətirib.


Tədbirdə müasir innovasiyalarla yanaşı, uzun illər sınaqdan keçmiş ən yaxşı təcrübələr də nümayiş olunur. Konfransda 500-dən çox nümayəndə, 50-dən çox ekspert-məruzəçi və 35-dən çox sərgi iştirakçısı təmsil olunur.





Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri