Icma.az
close
up
RU
NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb ®

NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb ®

Marja.az saytına istinadən Icma.az xəbər verir.

NEQSOL Holding 2026-cı il “Brandon Hall Group HCM Excellence Awards” çərçivəsində “Gələcək iş”(Future of Work), “İnsan resurslarının idarə edilməsi” (Human Resources) və “Təlim və inkişaf” (Learning & Development) kateqoriyalarında dörd mükafata layiq görülüb. Bu beynəlxalq mükafatlar Holdinqin insan kapitalının strateji inkişafı, korporativ öyrənmə və inkişaf, eləcə də müasir iş mühitinin formalaşdırılması istiqamətlərində həyata keçirdiyi layihələrin beynəlxalq səviyyədə tanındığını nümayiş etdirir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu il Holdinq üçün xüsusi əhəmiyyət daşıyan nailiyyətlərdən biri “NEQSOL AI Upskilling” Proqramının “Süni intellekt və gələcək iş” (“AI and Future of Work”) kateqoriyasında Qızıl mükafata layiq görülməsidir. Mükafat Holdinqin biznesin gələcək tələblərini qabaqlayaraq əməkdaşların süni intellekt sahəsində bilik və praktiki bacarıqlarının inkişafına yönəlmiş strateji yanaşmasının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Proqram əməkdaşlara süni intellekt alətlərindən iş fəaliyyətlərində effektiv istifadə etməyə imkan yaradaraq, səmərəliliyin daha da artırılmasına, innovasiyaların təşviqinə və dəyər yaradılmasına töhfə verir.

“Müasir biznes mühitində bilik və bacarıqlara sərmayə tədricən daha böyük əhəmiyyət kəsb edir. İnsan kapitalının inkişafı strateji prioritetlərimizdən biridir və biz əməkdaşlarımızın gələcəyin tələblərinə uyğun bacarıqlara yiyələnməsini davamlı şəkildə dəstəkləyirik. Bu yanaşma süni intellekt kimi yeni texnologiyalar üzrə bilik və təcrübənin artırılması ilə yanaşı, liderlik və peşəkar bacarıqların gücləndirilməsini, eləcə də davamlı öyrənmə mədəniyyətinin formalaşdırılmasını əhatə edir. Bu mükafatlar həm əməkdaşlarımıza uzunmüddətli sərmayələrimizi, həm də komandalarımızın birgə səylərini əks etdirir. Bu nailiyyətlərin əldə olunmasına töhfə verən hər kəsə təşəkkür edirəm”, - deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib.

Digər mükafatlar NEQSOL Holding-in təlim və insan kapitalı ekosisteminin inkişafı istiqamətində əldə etdiyi uğurları əks etdirir. Qeyd olunan istiqamətlərə peşəkar inkişaf, ixtisasartırma, sosial təsir təşəbbüsləri və Holdinq üzrə davamlı öyrənməni təşviq edən proqramlar daxildir.

Qeyd edək ki, NEQSOL Holding daha əvvəl istedadların inkişafı, təlim və liderlik sahələrində təşkilat miqyasında həyata keçirdiyi kompleks yanaşmaya görə Association for Talent Development (“İstedadların İnkişafı Assosiasiyası”) tərəfindən təqdim olunan BEST Award 2026 mükafatına layiq görülüb. Bu yanaşma fərdiləşdirilmiş təlim, peşəkar inkişaf, mentorluq və kouçinq imkanları təqdim edən Holdinqin rəqəmsal təlim ekosistemi olan NEQSOL Academy vasitəsilə dəstəklənir. 2026-cı ildə Holdinq NEQSOL Academyçərçivəsində SkillHub platformasını istifadəyə verərək istifadəçilərə süni intellekt, rəqəmsal transformasiya, biznes, liderlik, kommunikasiya və şəxsi inkişaf üzrə kurslardan ödənişsiz yararlanmaq imkanı təqdim edib.

“Brandon Hall Group Excellence Awards” insan kapitalının idarə olunması sahəsində aparıcı beynəlxalq mükafatlardan biri hesab olunur, təlim və inkişaf, istedadların idarə edilməsi, liderliyin inkişafı və təşkilati effektivlik sahələrində mühüm nailiyyətləri qiymətləndirir. Mükafatın qalibləri müxtəlif meyarlar əsasında aparılan hərtərəfli təhlil və qiymətləndirmə prosesi nəticəsində müəyyən edilir.

NEQSOL Holdingenerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

NEQSOL Academydavamlı öyrənməni, peşəkar mükəmməlliyi və bilik mübadiləsini təşviq etmək məqsədilə yaradılmış NEQSOL Holding-in korporativ öyrənmə ekosistemidir. Müxtəlif dillərdə qabaqcıl öyrənmə imkanları təqdim edən NEQSOL Academy “Hər yerdə, Hər zaman” prinsipini rəhbər tutaraq əməkdaşların və daha geniş auditoriyaların innovativ inkişaf proqramları vasitəsilə inkişafını dəstəkləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://marja.az
archiveBu xəbər 21 Avqust 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri