Icma.az
close
up
RU
ADNSUda görkəmli geoloq Rəsmi Abdullayevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

ADNSUda görkəmli geoloq Rəsmi Abdullayevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geofizika elminin inkişafında böyük xidmətləri olmuş geologiya-mineralogiya elmləri doktoru, professor Rəsmi Abdullayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq ADNSU-da bu formatda tədbirin keçirilməsinin önəmini qeyd edib.

Universitetin çoxsaylı fəxri məzunları arasında Rəsmi Abdullayevin olmasının heç də təsadüfi olmadığını deyən dosent Vazeh Əskərov onun geologiya elminə verdiyi töhfələrdən danışıb.

Sonra iştirakçılar müvafiq olaraq “Geofiziki kəşfiyyat üsulları” kafedrasının professoru Tofiq Əhmədov “Professor R.Ə.Abdullayevin həyatı və fəaliyyəti” haqqında, Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə “Professor R.Ə.Abdullayev – görkəmli alim” mövzusunda, “Geofiziki kəşfiyyat üsulları” kafedrasının müdiri, professor Vaqif Seyidov “Geofizika kafedrasının tarixindən” mövzusunda, Geologiya-mineralogiya elmləri doktoru, Namaz Yusubov “Pedaqoq və alim professor R.Ə.Abdullayev” mövzusunda çıxış ediblər. Çıxışlarda Rəsmi Abdullayevin təkcə Azərbaycanda deyil, eyni zamanda dünya miqyasında tanınmış geoloq olduğunu qeyd ediblər və onun həyat və yaradıcılığından bəhs ediblər.

Tədbirdə ADNSU-nun fəxri professoru Lev Eppelbaumun Rəsmi Abdullayev haqqında video çıxışı nümayiş olunub. Yubilyarın oğlu, fəlsəfə doktoru Nazim Abdullayev atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Sonda tanınmış geoloq Rəsmi Abdullayevə həsr olunmuş “Zamanın qırışları ilə çəkilmiş portret” filminin ssenari müəllifi, tanınmış jurnalist Nadejda İsmayılova çıxış edərək film haqqında fikirlərini bölüşüb, R.Abdullayevin sağlığında onunla həmsöhbət olmağın və belə bir filmin ərsəyə gətirməyin nə qədər çətin, lakin qürurverici olduğunu deyib.

R.Abdullayevə həsr olunmuş “Zamanın qırışları ilə çəkilmiş portret” filmi nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 25 Dekabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri