Icma.az
close
up
RU
BSUda Şirməmməd Hüseynovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

BSUda Şirməmməd Hüseynovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 17-də Bakı Slavyan Universitetində (BSU) görkəmli alim, Azərbaycan jurnalistikasının inkişafında müstəsna rolu olmuş, Prezident təqaüdçüsü, “Şərəf” ordenli Şirməmməd Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən  Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki, Şirməmməd Hüseynov bir alim və pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti var. Şirməmməd Hüseynov Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni bir məktəb səviyyəsinə yüksəltmişdir. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanmış alimin elmi kadrların yetişdirilməsində də böyük əməyi olmuşdur. Şərəfli ömür yolu keçmiş görkəmli alim, pedaqoq, jurnalist, yorulmaz mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynov elm və təhsilimizə çox dəyərli töhfələr verib.

Milli Məclisin deputatı, BSU-nun Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, Şirməmməd Hüseynov əsl vətəndaş idi. O, Vətənə, xalqa, dövlətə daim ləyaqətlə xidmət edib, çağdaş jurnalistikamızın formalaşmasında müstəsna xidmətlər göstərib. Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir. Bu gün də onun tələbələri müxtəlif elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.

Görkəmli alimin davamçılarından olan BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli, tələbəsi olmuş, Mətbuat Şurasının üzvü Yadigar Məmmədli, professor E. Babayev, eləcə də ailə üzvü, BSU-nun dosenti A.Əliyev çıxış edərək Şirməmməd Hüseynov haqqında unudulmaz xatirələrini bölüşüb, onun peşəkar və şəxsi keyfiyyətləri haqqında məqamlara toxunublar. BSU-nun jurnaliatika ixtisasının tələbəsi S.Zalova professor Şirməmməd Hüseynovun yaratdığı irsin yetişməkdə olan gənc jurnalistlər üçün əhəmiyyətini vurğulayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Dekabr 2024 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri