Icma.az
close
up
RU
Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib

Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Kiyev, 19 may, AZƏRTAC

Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyada Azərbaycan şairi, Ukrayna ədəbiyyatı nümunələrinin tərcüməçisi, diplomat Abbas Abdullanın (1940-2019) anadan olmasının 85-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, vəkil Şəmsi Məhərrəmovun dəstəyi ilə keçirilən tədbirin təşkilatçıları Azərbaycanın Kiyevdəki səfirliyi və Ukrayna-Türk Mərkəzi olub.

Ukrayna ədəbiyyatı nümunələrinin ən görkəmli və məhsuldar azərbaycanlı tərcüməçisi və tədqiqatçısı olan Abbas Abdulla Ukrayna dilini yüksək bədii səviyyədə bilir, ədəbiyyatı orijinaldan tərcümə edirdi. O, bu ölkənin mədəniyyətinə, tarixinə, mentalitetinə, adət-ənənələrinə yaxından bələd idi.

Tədbirin əvvəlində Ukrayna Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyinin tədbirin təşkilatçılarına və iştirakçılarına ünvanladığı məktub oxunub. Bu məktubda Abbas Abdullanın Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına verdiyi böyük töhfələr, o cümlədən tərcümə irsinin dəyəri qeyd olunub, onun xatirəsinin ehtiramla yad edilməsinin vacibliyi qeyd edilib.

Açılış nitqi ilə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev çıxış edib. O, çıxışında Ukrayna ilə Azərbaycan arasında mədəni dialoqun inkişaf etdirilməsinin, həmçinin ikitərəfli münasibətlər tarixinin səhifələrinin yenilənməsinin, öz fəaliyyətini ölkələrimiz arasında mədəni diplomatiyaya həsr etmiş görkəmli şəxsiyyətlərin, xüsusən də Abbas Abdullanın ədəbi irsinin öyrənilməsinin zəruriliyini vurğulayıb.

Xalq deputatı Sergey Naqornyak ərazi bütövlüyünü ardıcıl dəstəklədiyinə və Ukraynaya hərtərəfli köməyə görə Azərbaycana təşəkkür edib. O, Ukrayna üçün qardaş ölkə olan Azərbaycanın mədəniyyətinə, dilinə, adət-ənənələrinə hörmətin ifadə olunduğu bu cür tədbirlərin əhəmiyyəti barədə danışıb.

Tədbirin keçirilməsinə dəstək verən vəkil Şəmsi Məhərrəmov qeyd edib: “Abbas Abdulla Ukrayna ilə Azərbaycanı güclü mədəniyyət telləri ilə birləşdirənlərdən biri olub. O, sözlə, hörmətlə və hər iki mədəniyyəti dərindən dərk etməklə xalqlarımız arasında körpülər salıb. Mən bir Ukrayna azərbaycanlısı olaraq, iki ölkəni bir-birinə daha da yaxınlaşdıran, hətta ömrünü belə bir nəcib işə həsr edən şəxsiyyətlərin xatirəsinə həsr olunmuş bu təşəbbüslərin iştirakçısı olmağı özümə borc bilirəm”.

Tədbirdə Ukrayna kollektivləri Azərbaycan rəqsləri və mahnılarını ifa ediblər. Kiyevin “Barvinoçok” Ukrayna rəqs məktəbi qavallarla “Ağ çiçək” rəqsini, “Veselad” xalq mahnıları vokal ansamblı isə “Sən gəlməz oldun” əsərini və Sami Yusifin Nəsiminin qəzəli əsasında mahnısını ifa ediblər. Həmçinin bandura musiqi alətində Azərbaycanın Himni və Marina Vişnevskayanın ifasında bəstəkarlarımızın melodiyaları səsləndirilib.

Tədbirin kuratoru Marına Qonçaruk bildirib ki, Abbas Abdulla Ukrayna ədəbiyyatı nümunələrinin böyük bədii dəyərə malik tərcümələrinə görə 1984-cü ildə bu ölkədə tərcüməçilərə verilən ən yüksək mükafata – M.T.Rılski adına Ədəbiyyat Mükafatına layiq görülüb. O əlavə edib: “Ukrayna onun həyat eşqinə çevrilib və Abbas Abdulla onun ədəbiyyatını, mədəniyyətini Azərbaycan xalqına yüksək bədii səviyyədə tanıda bilib. O, 100 il ərzində (1840-1940) davam edən Azərbaycan-Ukrayna ədəbi əlaqələrinə dair 200-dən çox əsərin və bir neçə monoqrafiyanın, Azərbaycan “Şevçenkiana”sı haqqında məlumatların və Bakıda inqilabdan əvvəlki Ukrayna “Prosvita” cəmiyyətinin fəaliyyəti haqqında tədqiqatların müəllifidir. Abbas Abdulla, həmçinin bir neçə orijinal şeir almanaxı, o cümlədən “Ata yurdu” (1970), “Ağlı-qaralı dünya” (1980), “Sübhlə üz-üzə” (1984), “Sonsuzluğa gedən karvan” (1987), "Ukrayna naxışları" silsiləsini, Ukrayna mövzularına həsr olunmuş şeirləri də ərsəyə gətirib.

O, habelə tərcüməçi və tərtibçi kimi Ukrayna poeziyasının iki antologiyasının – “Bayraq və Günəş” (1978), “Körpülər”, həmçinin T.Şevçenkonun “Fikirlərim, düşüncələrim” şeirlər külliyyatının, “Qızıl buğda” Ukrayna nəsr məcmuəsinin (hamısı – 1979) yaradılmasında mühüm yaradıcılıq səyləri göstərib. Abbas Abdullanın tərcüməsi ilə İvan Kotlyarevskinin “Natalka Poltavka”, Lesya Ukrainkanın “Rusalka” məcmuəsi, Maksım Rılskinin “Susuzluq”, İvan Draxın “Qəlbin görkəmli yerləri” və “Şeirlər və poemalar” əsərləri nəşr edilib. Onun bir neçə əsərlərini isə Ukrayna dilinə Nikolay Miroşnıçenko, Pavlo Movçan, Dmitri Pavlıçko, Petro Perebiyinis və başqaları tərcümə ediblər”.

Tədbir iştirakçıları Abbas Abdullanın həyatının Ukrayna ilə bağlı parlaq səhifələrini əks etdirən fotoşəkillərdən ibarət fotosərgiyə də baxıblar. Ədəbi-bədii gecənin qonaqlarına Azərbaycan çayı və şirniyyatları təqdim olunub.

Tədbirdə Ukrayna Xarici İşlər Nazirliyinin, digər ölkələrin səfirliklərinin nümayəndələri, Abbas Abdullanın dostu - ukraynalı tərcüməçi, şair, fövqəladə və səlahiyyətli səfir Sergey Borşevski, Taras Şevçenko adına Kiyev Milli Universiteti, Kiyev Milli Linqvistika Universiteti, “Kiyev Aviasiya İnstitutu” Universitetinin müəllim və tələbələri iştirak ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1113

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see256

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see147

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see145

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see141

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see138

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see137

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see137

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see136

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see132

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see131

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see130

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see127

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see126

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

17 Noyabr 2025 00:06see123

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri