Icma.az
close
up
RU
ADNSUda “Kibertəhklükəsizlik laboratoriyası” açılıb

ADNSUda “Kibertəhklükəsizlik laboratoriyası” açılıb

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Zəfər Günü münasibətilə “Kibertəhklükəsizlik laboratoriyası”nın açılışı olub.

Açılış mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, millət vəkili Tahir Mirkişili, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, professor Rasim Əliquliyev, “Prosol” şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev, universitetin professor-müəllim heyəti iştirak edib.

Rektor əvəzi, dosent  Vazeh Əskərov Zəfər bayramı ərəfəsində universitetdə belə bir auditoriyanın açlmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Kibertəhlükəsizliyin bütövlükdə milli təhlükəsizliyin tərkib hissəsi olduğunu qeyd edən dosent Vazeh Əskərov ordumuzun döyüş meydanında əbədi zəfərini qazanmasına baxmayaraq informasiya müharibəsinin davam etdiyini bildirib. Universitetdə informasiya texologiyaları, kompüter elmləri və mühəndisliyi ixtisasları üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirildiyini nəzərə çatdıran dosent Vazeh Əskərov “Kibertəhklükəsizlik laboratoriyası” açılmasının bu istiqamətdə təhsil alan tələbələrin yetişdirilməsinə mühüm töhfə verəcəyini qeyd edib. 

Millət vəkili Tahir Mirkişili, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev, “Prosol” şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev çıxışlarında ADNSU-nun dövlətimiz və xalqımız üçün yetişdirdiyi mütəxəssislərə hər zaman ehtiyac olduğunu vurğuayıblar. Çıxışlarda qeyd olunub ki, bugünkü mütəxəsis müasir dövrün tələblərinə uyğun yetişdirilməlidir və ADNSU-da bu istiqamətdə xüsusi tədris aparılır. 

Sonda laboratoriyanın açılışının simvolu olan rəmzi lent kəsilib, qonaqlar burada tələbələr üçün yaradılmış şəraitlə tanış olunblar. Laboratoriyanın açılış mərasimindən sonra tədbir iştirakçıları ADNSU-nun 23 şəhid məzunun Xatirə kompleksini ziyarət edib, onların adlarını daşıyan auditoriyalara baş çəkiblər. 

Qeyd edək ki, laboratoriya universitetin İnformasiya Təhlükəsizliyi və İdarəetmə fakültəsinin (İTİF) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbələrinin fərqli kiberhücumların, onlardan müdafiələrin və müəyyən kiber insidentlərin analizini aparmaq üçün əlverişli alətlər təklif edir. 

 3 otaqdan ibarət laboratoriya 30 ədəd kompüter və lazımi proqram təminatı ilə təchiz olunub. Otaqlar kibertəhlükəsizlik tədrisi məqsədi ilə komandalara bölünüb. Labrotoriya kibertəhlükəsizlik istiqamətində DLP (məlumat itkisinin qorunması), yüksək giriş və icazələr üzərində nəzarətin həyata keçirilməsinə dair kibertəhlükəsizlik strategiyalarından və texnologiyalarından istifadə edilməsi üçün proqram təminatıdır. Eyni zamanda laboratoriya SIEM "Təhlükəsizlik Məlumatları və Hadisə İdarəetməsi” IT infrastrukturunda təhlükəsizlik hadisələri haqqında real vaxtda insidentləri monitorinq və analiz etmə imkanı verən proqram təminatından istifadə üçün şərait yaradır. 

SIEM sistemləri, kibertəhlükəsizlik hücumları və ya icazəsiz giriş cəhdləri kimi təhlükəsizlik təhdidlərini aşkar etmək, analiz etmək və onlara cavab vermək üçün müxtəlif mənbələrdən məlumatları toplayaraq və analiz edərək təşkilatlara kömək etmək üçün hazırlanan simulyasiya proqram təminatıdır  və laboratoriyada bu proqram müvafiq istiqamətdə tədrisin keyfiyyətinin artırılmasına dəstək verəcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri