Icma.az
close
up
RU
ADNSUda “Kibertəhklükəsizlik laboratoriyası” açılıb FOTOLAR

ADNSUda “Kibertəhklükəsizlik laboratoriyası” açılıb FOTOLAR

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Zəfər Günü münasibətilə “Kibertəhklükəsizlik laboratoriyası”nın açılışı olub. 

Manset.az xəbər verir ki,, açılış mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, millət vəkili Tahir Mirkişili, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, professor Rasim Əliquliyev, “Prosol” şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev, universitetin professor-müəllim heyəti iştirak edib. 

Rektor əvəzi, dosent  Vazeh Əskərov Zəfər bayramı ərəfəsində universitetdə belə bir auditoriyanın açlmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Kibertəhlükəsizliyin bütövlükdə milli təhlükəsizliyin tərkib hissəsi olduğunu qeyd edən dosent Vazeh Əskərov ordumuzun döyüş meydanında əbədi zəfərini qazanmasına baxmayaraq informasiya müharibəsinin davam etdiyini bildirib. Universitetdə informasiya texologiyaları, kompüter elmləri və mühəndisliyi ixtisasları üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirildiyini nəzərə çatdıran dosent Vazeh Əskərov “Kibertəhklükəsizlik laboratoriyası” açılmasının bu istiqamətdə təhsil alan tələbələrin yetişdirilməsinə mühüm töhfə verəcəyini qeyd edib. 

Millət vəkili Tahir Mirkişili, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev, “Prosol” şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev çıxışlarında ADNSU-nun dövlətimiz və xalqımız üçün yetişdirdiyi mütəxəssislərə hər zaman ehtiyac olduğunu vurğuayıblar. Çıxışlarda qeyd olunub ki, bugünkü mütəxəsis müasir dövrün tələblərinə uyğun yetişdirilməlidir və ADNSU-da bu istiqamətdə xüsusi tədris aparılır. 

Sonda laboratoriyanın açılışının simvolu olan rəmzi lent kəsilib, qonaqlar burada tələbələr üçün yaradılmış şəraitlə tanış olunblar. Laboratoriyanın açılış mərasimindən sonra tədbir iştirakçıları ADNSU-nun 23 şəhid məzunun Xatirə kompleksini ziyarət edib, onların adlarını daşıyan auditoriyalara baş çəkiblər. 

Qeyd edək ki, laboratoriya universitetin İnformasiya Təhlükəsizliyi və İdarəetmə fakültəsinin (İTİF) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbələrinin fərqli kiberhücumların, onlardan müdafiələrin və müəyyən kiber insidentlərin analizini aparmaq üçün əlverişli alətlər təklif edir. 

 3 otaqdan ibarət laboratoriya 30 ədəd kompüter və lazımi proqram təminatı ilə təchiz olunub. Otaqlar kibertəhlükəsizlik tədrisi məqsədi ilə komandalara bölünüb. Labrotoriya kibertəhlükəsizlik istiqamətində DLP (məlumat itkisinin qorunması), yüksək giriş və icazələr üzərində nəzarətin həyata keçirilməsinə dair kibertəhlükəsizlik strategiyalarından və texnologiyalarından istifadə edilməsi üçün proqram təminatıdır. Eyni zamanda laboratoriya SIEM "Təhlükəsizlik Məlumatları və Hadisə İdarəetməsi” IT infrastrukturunda təhlükəsizlik hadisələri haqqında real vaxtda insidentləri monitorinq və analiz etmə imkanı verən proqram təminatından istifadə üçün şərait yaradır. 

SIEM sistemləri, kibertəhlükəsizlik hücumları və ya icazəsiz giriş cəhdləri kimi təhlükəsizlik təhdidlərini aşkar etmək, analiz etmək və onlara cavab vermək üçün müxtəlif mənbələrdən məlumatları toplayaraq və analiz edərək təşkilatlara kömək etmək üçün hazırlanan simulyasiya proqram təminatıdır  və laboratoriyada bu proqram müvafiq istiqamətdə tədrisin keyfiyyətinin artırılmasına dəstək verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 07 Noyabr 2024 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri