Icma.az
close
up
RU
ADP Lukaşenkonu seçki saxtakarlığında ittiham etdi BƏYANAT

ADP Lukaşenkonu seçki saxtakarlığında ittiham etdi BƏYANAT

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya və İrandan ölkəmizə qarşı eyni vaxtda sərsəm bəyanatların səslənilməsi təsadüf deyil”

“Müdafiə Nazirliyində bir sıra yüksək rütbəli zabitlər “köhnə qaydalar”dan əl çəkmirlər...”

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ötən həftə İmişli rayonunda baş verən avtoqəza nəticəsində 3 məktəbli qızın həlak olmasından ciddi narahat olduğunu bildirib və hakimiyyət orqanlarını baş verən hadisənin şəffaf araşdırılmasına, günahkarların cəzalandırılmasına çağırış ediblər. Bununl yanaşı, emosional halda olan qanun pozuntusuna yol vermiş gənclərin barələrində həbs qətimkan tədbiri görülərək onların azadlıqdan məhrum edilməsini, polis idarələrində onlara qarşı zor tətbiq edilməsini pisləyib və barələrində çıxarılan məhkəmə hökmlərinin dəyişdirilməsini zəruri hesab ediblər.

İdarə Heyəti son vaxtlar orduda qeyri-döyüş şəraitində bir neçə əsgərimizin vəfat etməsi faktından ciddi narahat olduğunu bildirib və bu faktın arxasında hərbi nizam-intizamın zəifləməsi, bəzi zabitlərin hələ də təcrübə toplamamış əsgərlərlə rəftarında kobud səhvlərə yol verilməsi, ordumuzda zamanın tələblərinə uyğun ciddi dəyişikliklər edilməsinə baxmayaraq, bir sıra yüksək rütbəli zabitlərin “köhnə qaydalar”dan əl çəkməməsi hallarının durduğunu qeyd edib və Müdafiə Nazirliyini orduda nizam-intizamın möhkəmləndirilməsi istiqamətində səylərini artırmağa, əsgər ölümlərinə səbəb olan şəxslərin cəzalandırılmasına çağırıb.

İdarə Heyəti son vaxtlar Rusiya Azərbaycan münasibətlərində gərginliklər yaşanması, Rusiyanın rəsmi dairələrindən tutmuş media resurslarına qədər, bütün instansiyalarda Azərbaycana qarşı qara piar kampaniyası aparılması faktından narahatlığını ifadə edib və baş verənlərin heç də təsadüf olmadığını, əksinə Rusiyanın zaman-zaman ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə yönəlik imperial iddialarından irəli gəldiyini qeyd edib. Azərbaycanın Rusiya ilə münasibətlərində beynəlxalq hüquq normalarına söykənən qarşılıqlı, faydalı əməkdaşlığa üstünlük verməsinə baxmayaraq, Kremlin mütəmadi olaraq ölkəmizə qarşı imperiya təfəkkürü ilə yanaşması, ölkəmizin 44 günlük Vətən müharibəsindən sonra suverenliyini, ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsi Putin Rusiyasının iki ölkə arasında əldə edilən razılaşmalara, xüsusilə 22 fevral 2022-ci il tarixində Azərbaycan və Rusiya dövləti arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannaməyə zidd mövqe tutduğunu ortaya qoyur. İdarə Heyəti ikili münasibətlərdə hakimiyyətin bu faktorları nəzərə almağa, xarici siyasət prioritetlərində ölkəmizi hər zaman təhdid altında saxlamağa cəhd edən Rusiya ilə deyil, Qərb alyansına inteqrasiya olunmağa üstünlük verməyə çağırıb.

İdaraə Heyəti Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirib və bu seçkilərin azad, demokratik, ədalətli keçirilmədiyindən, Lukaşenko diktaturasına uyğun aparılmasından dolayı seçicilərin əksəriyyətinin seçki hüququnun pozulmasından narahat olduğunu qeyd edib və bu cür seçkilərin antidemokratik mahiyyət daşıdığını diqqətə çatdırıb.

İdarə Heyəti son vaxtlar Türkiyə ilə Azərbaycan arasında münasibətlərin iki qardaş ölkənin milli maraqlarına uyğun davam etdirilməsini, hərbi, siyasi, iqtisadi sahədə əməkdaşlığın yeni mərhələyə daxil olmasından, ordu sistemimizin NATO ölkəsi olan Türkiyə təcrübəsinə uyğun qurulmasından, Suriya ilə bağlı siyasətdə birgə mövqe nümayiş etdirməsindən, beynəlxalq təhdidləri dəf etmədə yekdillik göstərməsindən məmnunluğunu ifadə edib və hakimiyyəti bundan sonrakı siyasətində də həmin xətti dah da inkişaf etdirməyə səsləyib.

İdarə Heyəti ölkə prezidentinin Davos iqtisadi forumunda iştirakını, bu forum zamanı ayrı-ayrı ölkə və şirkət sahibləri ilə keçirdiyi görüşləri, ölkəmizin iqtisadi maraqlarının qorunması istiqamətində göstərdiyi təşəbbüsləri təqdir edib və beynəlxalq səviyyəli belə bir iqtisadi forumda təmsil olunmanın dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

İdarə Heyəti son vaxtlar İranla Azərbaycan arasında qarşı tərəfin qonşuluq əlaqələrinə sığmayan hərəkətləri, sərsəm bəyanatları, təhdidləri nəticəsində münasibətlərin pozulmasından narahat olduğunu və Tehrandan idarə olunan bu hadisələrin Kremlin son vaxtlar ölkəmizə qarşı başlatdığı qaralama kampaniyası ilə eyni vaxtda baş verdiyini xatırladıb və İran yetkililərini ölkələrimiz arasında tarixən movcud olan sağlam münasibətləri qorumağa, təhdidlərdən, yersiz iddialardan əl çəkib hər iki ölkənin qarşlıqlı maraqlarına, iqtisadi, siyasi, mədəni əlaqələrinin inkişafına xidmət edən tövr sərgiləməyə çağırıb.

İdarə Heyəti C.Bayden administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında yaranmış soyuq münasibətlərin D.Trampın prezidentliyi dövründə aradan qaldırılması istiqamətində ölkə başçısı tərəfindən verilən mesajların ümidverici olduğunu bildirib və hakimiyyəti dünyanın super gücü olan bu ölkə ilə münasibətlərində yeni bir mərhələ başlatmağa, ölkəmizin suverenliyini, təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın regiondakı maraqları ilə uzlaşan siyasət izləməyə çağırıb.

İdarə Heyəti son vaxtlar ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasından, ölkə əhalisinin iqtisadi durumunun çətinləşməsindən, zəruri təlabat mallarının qiymətinin sürətlə artmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti süni qiymət artımını, dövlətin iqtisadi gücünü sarsıdan rüşvət, korrupsiya, monopoliya faktlarının aradan qaldırılması istiqamətində addımlar atmağa, ölkə vətəndaşlarının sosial rifahını təmin etmək üçün iqtisadi islahatlar həyata keçirməyə çağırıb.

İdarə Heyəti son vaxtlar “Bakı Metropoliteni” də daxil olmaqla, bir sıra dövlət təşkilatlarında Hesablama Palatasının apardığı audit yoxlamaları zamanı külli miqdarda yeyintilərin aşkar olunması faktına da diqqət çəkib. Partiya yetkililəri dövlət resurslarının dağıdılmasına, mənimsənilməsinə xidmət edən bu cür yeyintilərin aşkarlanması, yüksək ranqlı məmurların məsuliyyətə cəlb edilməsi faktını təqdir etməklə, Hesablama Palatasının bu yeyintilərin qarşısını cari yoxlamalarda deyil, on illər keçdikdən, külli miqdarda mənimsəmə faktı baş verdikdən sonra yoxlama aparmasını sorğulayıb. Partiya yetkililəri bu yoxlamaların növbəti hədəfinin Hesablama Palatası, Vergilər və Maliyyə nazirlikləri olmasına diqqət çəkib və hakimiyyəti külli miqdarda yeyintilərə göz yuman bu nazirliklərdə yoxlama-nəzarət işini gücləndirməyə çağırıb.

Hazırladı: KƏNAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Yanvar 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri