Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bolqarıstanda prezident və vitse-prezident seçkilərinin ikinci turu keçirilir.
APA xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə üzrə 12 mindən çox seçki məntəqəsinin açılması nəzərdə tutulub.
Məlumata görə, təxminən 6,6 milyon seçici saat 20:00-dək səsvermədə iştirak etmək hüququna malikdir.
Xaricdə yaşayan və ya səfərdə olan Bolqarıstan vətəndaşları üçün dünyanın 60 ölkəsində əlavə seçki məntəqələri təşkil olunub.
Seçkilərin ikinci turunda ən çox səs toplamış iki namizəd cütlüyü – İliyana Yotova və Kiril Vılçev, həmçinin Andrey Gyurov və Georgi Kandev mübarizə aparır.
Qeyd edək ki, Bolqarıstanda prezident ümumxalq səsverməsi yolu ilə beş il müddətinə seçilir və ardıcıl olaraq iki dəfədən artıq bu vəzifəni tuta bilməz.
Prezidentlə eyni vaxtda vitse-prezident də seçilir. İkinci turda qalib gəlmək üçün səslərin sadə çoxluğunu qazanmaq kifayətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 01 Noyabr 2026 03:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















