Icma.az
close
up
RU
ADP Xocalı cəlladlarının tarixin mühakiməsinə verilməsini tələb edib...

ADP Xocalı cəlladlarının tarixin mühakiməsinə verilməsini tələb edib...

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Bu gün 20-ci əsrin bəşəriyyətə qarşı törədilən ən qanlı cinayətlərindən biri olan - Xocalı soyqırımından 33 il ötür. 26 fevral 1992-ci il tarixində işğalçı erməni silahlı qüvvələri və Rusiya ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərində dinc əhalinin xüsusi amansızlıqla kütləvi qırğını törədilmişdir. Baş vermiş qətliam onu törədənlərin əsl mənəvi, əxlaqi, mədəni simasını, bəşəri dəyərlərdən və çağdaş sivil dünyadan nə qədər uzaqda olduqlarını tam çılpaqlığı ilə ortaya qoymuş oldu.

ADP Xocalı soyqırımından 33 il ötməsinə baxmayaraq bu qətliama hələ də dünya ictimaiyyəti və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən əsl siyasi və hüquqi qiymət verilmədiyindən, bu bəşəri cinayəti törədənlərin təşkilatçılarının və iştirakçılarının bu günə kimi cəzasız qalmasından təəssüfləndiyini və dərin narahatlıq keçirdiyini bildirir.

ADP belə hesab edir ki, insan hüquq və azadlıqlarını özünün ali dəyəri və təməl prinsipləri kimi qəbul edən dünya dövlətlərinin bu günə kimi Xocalı qətliamına susqunluq nümayiş etdirməsi başa düşülən deyil və nə qədər ki, Azərbaycan xalqına qarşı törədilən bu soyqırım aktı həqiqi hüquqi və siyasi qiymətini almayıb heç bir xalq və toplum anoloji cinayətdən sığortalana bilməz.

ADP dünyada mövcud olan ikili standartlar ucbatından Xocalı soyqırımı kimi hadisələrə vaxtında hüquqi və siyasi qiymət verilməməsini bu gün dünyanın təhlükəsizliyini təhdid edən Rusiyanın Ukraynaya qarşı artıq 3 ildir ki, davam edən işğalçı müharibəsinə və bu müharibə zamanı Rusiyanın törətdiyi qanlı hərbi cinayətlərə gətirib çıxardığını bildirir.

ADP gələcək nəsillərimizin bu tipli faciələrlə üzləşməməsi üçün xalqımızı tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımını heç vaxt unutmamağa, 26 fevral tarixini xalqımızın gen yaddaşına daşımağa, gələcəkdə bu tipli faciələrlə üzləşməməyimiz üçün ayıq-sayıq olmağa, milli həmrəyliyimizi daim qoruyub saxlamağa, bu soyqırımı dünya xalqlarına çatdırılmasında xalqımızın bütün imkanları birləşdirməyə, eyni zamanda Azərbaycan dövlətini Xocalı qətliamının dünyada əsl qiymətini alması və bu qətliamı törədənlərin cəzalandırılması istiqamətində ardıcıl olaraq səylərini davam etdirməyə çağırıb.

ADP beynəlxalq təşkilatları iyirminci əsrin ən dəhşətli hadisəsi olan 26 fevral Xocalı faciəsini soyqırım kimi tanımağa, bu soyqırımı törədən erməni cəlladlarını tarixin mühakiməsinə verməyə çağırıb.

ADP Xocalı soyqırımı zamanı həlak olmuş soydaşlarımızın əziz xatirəsi qarşısında baş əydiyini, onların yaxınlarına və əzizlərinə Allahdan səbr dilədiyini bildirir.

Hurriyyet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Fevral 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri