Icma.az
close
up
RU
ADP Bakı sakinlərinə kompensasiya verilməsini TƏLƏB EDİR

ADP Bakı sakinlərinə kompensasiya verilməsini TƏLƏB EDİR

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Partoiya Formula-1 yarışlarının Azərbaycan paytaxtında keçirilməsinin 2030-cu ilə kimi uzadılmasını tənqid edib

“Adnan Əhmədzadənin həbsi Azərbaycan hakimiyyətində nəzarətdən kənar cinayətkarlıqla məşğul olan və sərbəst fəaliyyət göstərən məmurların mövcudluğunu göstərir”

ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə son zamanlar Ermənistanda Qarabağ separatçılarının nümayəndələri tərəfindən Azərbaycana qarşı ərazi iddiaları ilə yenidən çıxış etmələri ətrafında müzakirə aparıb.

Müzakirələrdə qeyd edilib ki, baş verənlərin arxasında Rusiya faktoru dayanır, Azərbaycana təzyiq üçün “Dağlıq Qarabağ” məsələsini yenidən gündəmə gətirməyə cəhd edir, eyni zamanda Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa çalışır. İdarə Heyəti baş verənlərin qarşısının alınması məqsədilə Azərbaycan dövlətinə qarşı cinayət törətmiş erməni əsilli keçmiş Azərbaycan vətəndaşlarının Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı Ermənistan qarşısında məsələ qaldırılmasının vacibliyini qeyd edib.

İdarə Heyəti ötən həftə Birləşmiş Ərəb Əmirliyinin Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşa şəhərində iki dövlət arasında imzalanmış bir sıra müqavilələrin, xüsusilə “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Bigə Bəyannaməni”ni təqdir edib, bunu müsəlman dünyası ilə Azərbaycanın əlaqələrinin inkişaf etdirilməsi və İslam həmrəyliyi baxımından müsbət addım kimi qiymətləndirib. İdarə Heyəti eyni zamanda bir sıra beynəlxalq tədbirlərin, o cümlədən xarici dövlət başçılarının Qarabağda qarşılanmasını və həmin ərazilərə səfərlərinin təşkil olunmasını da təqdir edib, Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından bu ənənənin davam etdirilməsini məqsədə müvafiq hesab edib.

İdarə Heyətində Rusiyanın son günlər bir sıra Avropa dövlətlərinin hava məkanlarına hərbi müdaxiləsi ətrafında da müzakirələr aparılıb. Müzakirələrdə Rusiyanın təxribat xarakterli əməlləri Ukrayna-Rusiya münaqişəsinin Avropa-Rusiya münaqişəsinə çevirmək cəhdi kimi dəyərləndirilib. Rusiyanın bu hərəkətlərini qətiyyətlə pisləyən toplantı iştirakçıları, baş verənləri dünyada təhlükəsizlik üçün risklər yaratdığını qeyd edərək, Qərb və Avropa dövlətlərini Rusiyanın bu tipli hərəkətlərinə qarşı sərt və ciddi tədbirlər görməyə çağırıb.

İdarə Heyəti İsrail-Fələstin münaqişəsi ətrafında da fikir mübadiləsi aparıb. Müzakirələrdə son zamanlar bir sıra Avropa dövlətlərinin də Fələstini rəsmən dövlət kimi tanıması təqdir edilib, bu münaqişənin BMT qərarına uyğun olaraq iki dövlət prinsipi ilə nizamlanmasının vacibliyi bildirilərək, digər dövlətlər də analoji mövqedən çıxış etməyə dəvət edilib. İdarə Heyəti müzakirələrdə eyni zamanda Netanyahu hökumətinin Qəzzada dinc insanların kütləvi ölümü ilə nəticələn hərbi əməliyyatlarının dərhal dayandırılmasının zəruriliyini qeyd edərək, Netanyahu hökumətinin Qəzzada törətdiklərinin Hitlerin ikinci dünya müharibəsində törətdiklərinə haqq qazandırdığını bildirib.

İdarə Heyəti son zamanlar Gürcüstanda tarixi dədə-baba torpaqlarında yaşayan azərbaycanlılara qarşı milli-etnik zəmində baş verən ayrı-seçkilik siyasətinə də diqqət çəkib. İdarə Heyəti bu tipli hadisələrin Cənubi Qafqazda yeni gərginlik ocaqlarının yaranmasına gətirib çıxara biləcəyini nəzərə alaraq, soydaşlarımıza qarşı ayrı-seçkilik siyasəti aparan məmurlara qarşı Gürcüstan hökuməti tərəfindən ölçü götürülməsinin vacibliyini bildirib.

İdarə Heyəti SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadənin korrupsiya və külli miqdarda mənimsəmə faktlarına görə həbs olunması hadisəsinə də münasibət bildirib. İdarə Heyəti hesab edir ki, baş verənlər Azərbaycan hakimiyyətində nəzarətdən kənar cinayətkarlıqla məşğul olan və sərbəst fəaliyyət göstərən məmurların mövcudluğunu göstərir, həmin məmurlara dövlətin nəzarət orqanları, eyni zamanda həmin idarələrin tabe olduqları qurumlar nəzarət etmir. Baş verənləri idarəçilikdə şəffaflığın olmaması və kadrların qapalı dairələrdən təyin olunması ilə əlaqələndirən müzakirə iştirakçıları, bu cinayətin vaxtında qarşının alınmasına məsul olan məmurların da məsuliyyətə cəlb edilməsinin, eyni zamanda digər dövlət orqanlarında anoloji yoxlamalar aparılmasının vacibliyini bildirib.

İdarə Heyəti uzun illərdir paytaxt sakinlərinin haqlı narazılığına baxmayaraq, Formula-1 yarışlarının Bakıda keçirilməsinin 2030-cu ilə kimi uzadılmasını tənqid edib. Belə bir qərarın verilməsində paytaxt sakinlərinin rəyinin nəzərə alınmamasını yanlış addım kimi dəyərləndirib, bu yarışmanın keçirildiyi ərazidə yaşayan paytaxt sakinlərinə onların gündəlik həyat tərzinə mənfi təsirlərindən dolayı kompensasiya verilməsinin vacibliyini qeyd edib.

İdarə Heyəti sonda partiyanın bundan sonrakı fəaliyyətində iqtidar-müxalifət platformasında iştirakının məqsədə müvafiqliyi ətrafında müzakirələrini də davam etdirib. Bu məsələnin partiyanın digər strukturlarında müzakirə olunması və Ali Məclisin növbəti sesiyasında müzakirəyə çıxarılması tövsiyyə edilib.

Hazırladı: KƏNAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Sentyabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri