ADPU Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına qəbul elan edir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin Corc Vaşinqton Universiteti arasında həyata keçirilən magistratura səviyyəsi üzrə ikili diplom proqramına 2026-2027-ci tədris ili üçün qəbul elan olunur.
AZƏRTAC xəbər verir ki, proqrama təhsil ixtisasları, humanitar və sosial ixtisaslar, iqtisadiyyat və idarəetmə ixtisasları və təbiət ixtisasları üzrə bakalavr təhsili almış şəxslər müraciət edə bilərlər.
Namizədlərdən Dövlət İmtahan Mərkəzinin keçirdiyi Magistratura səviyyəsinə qəbul imtahanlarında minimal keçid balını toplamaq və beynəlxalq ingilis dili sertifikatı (IELTS minimum 7.0, TOEFL minimum 100 və ya Duolingo minimum 120) təqdim etmək tələb olunur.
İki illik proqramının məzunlarına Corc Vaşinqton Universiteti tərəfindən “Təhsil və insan inkişafı”, ADPU tərəfindən isə “Təhsil menecmenti” ixtisasları üzrə diplom təqdim ediləcək.
Proqrama sənəd qəbulunun son tarixi martın 30-dur.
Sənədlərini təqdim etmiş namizədlər arasından akademik göstəricilərə əsasən ilk 75 nəfər növbəti mərhələyə buraxılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 14 Fevral 2026 02:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















