Icma.az
close
up
RU
ADPU Corc Vaşinqton Universiteti ilə əməkdaşlığını 2030 cu ilə qədər davam etdirəcək

ADPU Corc Vaşinqton Universiteti ilə əməkdaşlığını 2030 cu ilə qədər davam etdirəcək

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbi arasında yeni akademik müqavilə imzalanıb.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, magistratura səviyyəsində ikili diplom proqramı üzrə kadr hazırlığını nəzərdə tutan yeni müqavilə iki universitetin və Elm və Təhsil Nazirliyinin nümayəndələrinin iştirak etdiyi onlayn iclasda imzalanıb.

Mərasimdə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli vurğulayıb ki, 2020-ci ildən həyata keçirilən bu proqramın məzunları ölkəmizin təhsilinə əhəmiyyətli töhfə verməkdədirlər. Bu uğurlu əməkdaşlığı davam etdirmək məqsədilə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Pedaqoji Universitet ilə Corc Vaşinqton Universiteti taraşında təhsil və insan inkişafı ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramının ikinci mərhələsinin həyata keçirilməsi üzrə yeni müqavilə imzalanır.

N.Məmmədli bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 22 iyul tarixli Sərəncamına əsasən, ölkəmizdə dövlətin dəstəyi ilə həyata keçirilən ikili diplom proqramlarının sayının 8-ə çatdırılması və müddətinin 2030-cu ilədək uzadılması nəzərdə tutulub.

İkili diplom proqramının Corc Vaşinqton Universiteti tərəfindən proqram direktoru, dekan müavini Sevinc Məmmədova və ADPU tərəfindən proqram direktoru Tofiq Əhmədov diqqətə çatdırıblar ki, 2020-ci ildən 2025-ci ilə qədər davam edən birinci əməkdaşlıq dövrü olduqca uğurlu nəticələr verib və 122 məzun Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verməkdə, müxtəlif elmi-pedaqoji və təşkilati vəzifələrdə uğurla fəaliyyət göstərməkdədir.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, yeni müqavilə təhsilin, biliyin və tərəfdaşlığın dəyərinə olan ortaq inancı əks etdirməklə daha dərin əməkdaşlığı nəzərdə tutur. Qarşıdakı illərdə proqramların genişlənməsi, tələbələr və işçilər üçün mobilliyin artırılması, birgə tədqiqat mərkəzləri yaratmaq və beynəlxalq layihələrdə əməkdaşlıq etmək kimi fəaliyyətlərin həyata keçirilməsi gözlənilir.

Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin direktoru professor Lionel Hovard və məktəbin professoru Maykl Foyer əldə olunan nəticələrdən məmnunluqlarını ifadə edib, Corc Vaşinqton Universiteti üçün Pedaqoji Universitetlə bu məhsuldar əməkdaşlığın böyük önəm daşıdığını vurğulayıblar. Xüsusən, Azərbaycan dövlətinin akademik sahəyə olan davamlı dəstəyini qeyd edərək, bunun ölkənin intellektual potensialının inkişafında olduqca müsbət rol oynadığını bildiriblər.

Qeyd edək ki, proqramdan məzun olmuş 122 nəfərdən 12 nəfəri Elm və Təhsil Nazirliyi və tabe qurumlarda çalışır. Həmçinin məzunlardan 3-ü kollec direktoru, 2-si direktor müavini vəzifəsini icra edir, 7 məzun beynəlxalq təhsil layihələrinin icrasında fəal iştirak edir. Üç məzun Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili alır. Proqram üzrə 30-dan artıq məzun ADPU və digər ali təhsil müəssisələrində pedaqoji və inzibati fəaliyyətə cəlb edilib. Son iki ildə 40-dan artıq məzun iş yerində uğurlarına görə daha yüksək vəzifələrə irəli çəkilib.

-1 / 6

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri