BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 2 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ABŞ-ın Corc Vaşinqton Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.
Görüşdə BDU-nun rektoru Elçin Babayev, rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı üzrə Məktəbinin dekanı Maykl Feuer və universitetin nümayəndəsi Sevinc Məmmədova iştirak ediblər.
Tərəflər görüş zamanı təhsil və elm sahəsində əməkdaşlıq perspektivlərini, birgə elmi-tədqiqat layihələrinin icrasını, tələbə və müəllim mübadiləsini, eləcə də doktorantura proqramları çərçivəsində ortaq fəaliyyət imkanlarını müzakirə ediblər. Görüş zamanı universitetlər arasında ikili diplom proqramlarının təşkili məsələsi də diqqət mərkəzində olub.
Rektor Elçin Babayev Corc Vaşinqton Universiteti ilə əməkdaşlığın BDU-nun beynəlxalq əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, iki universitet arasında mövcud olan elmi potensialın birgə layihələrə töhfə verəcəyinə inandığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 02 İyun 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















