Icma.az
close
up
RU
ADPU da “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

ADPU da “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq və onların nailiyyətlərini təşviq etmək məqsədilə keçirilmiş “İlin gənc alimi və tədqiqatçısı” adlı müsabiqənin mükafatlandırılma mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tədbirdə çıxış edən rektor professor Cəfər Cəfərov bildirib ki, Müasir dövrdə ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri təkcə keyfiyyətli tədris deyil, həm də elmi-tədqiqat fəaliyyətinin inkişafıdır. Bu baxımdan, gənc alimlərin elmə marağının artırılması və onların fəaliyyətinin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Pedaqoji Universitet üçün gənc alimlərin inkişafını dəstəkləmək, onların elmi fəaliyyətini təşviq etmək bizim üçün strateji prioritetdir. Rektor bildirib ki, bütün sahələrdə olduğu kimi, elmi-tədqiqat sahəsində də gənclərin aktiv iştirakı olduqca vacib məsələdir və bu istiqamətdə universitetdə sistemli işlər görülür.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov çıxışında müsabiqə haqqında məlumat verib. Prorektor vurğulayıb ki, müsabiqə ötən il fəal, səmərəli fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər əsərləri olan, eyni zamanda, ADPU-nun və filiallarının ictimai-siyasi həyatında fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədi daşıyır. Universitetin Gənc alimlər və tədqiqatçılar şurasının təşkilatçılığı ilə keçirilən müsabiqədə ADPU və onun filiallarında pedaqoji fəaliyyət göstərən, yaşı 39-a qədər olan gəncləri əhatə edən müsabiqədə 2 nominasiya – “Riyaziyyat və təbiət elmləri” və “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyaları üzrə qaliblər müəyyən edilib. “Riyaziyyat və təbiət elmləri” kateqoriyası üzrə Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası kafedrasının müəllimi Aynur Məmmədova I, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müəllimi Qumru Bəlaxanova II yerə layiq görülüb. “Humanitar, ictimai, pedaqoji-psixoloji elmlər” kateqoriyası üzrə Azərbaycan tarixi kafedrasının baş müəllimi Cəfər Xanəliyev I, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi Ülkər Baxşıyeva II, Azərbaycan tarixi kafedrasının müəllimi Sahibə Musayeva və Şamaxı filialının Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Şəlalə Seyidova III yerin sahibi olub. Müvafiq olaraq, I yerin qalibləri 350 manat, II yerin qalibləri 250 manat, III yerin qalibləri isə 150 manat pul mükafatı ilə mükafatlandırılıblar.

Müsabiqə ADPU-da gənc alimlərin elmi fəaliyyətə marağını artırmaq, onların cəmiyyət üçün faydalı elmi nəticələr əldə etməsinə stimul vermək məqsədi daşıyır. Universitet rəhbərliyi tərəfindən belə tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri