Icma.az
close
up
RU
Mülkədar oğlunun “Qorxulu nağıllar” kimi ömrü… Süleyman Sani Axundov 150

Mülkədar oğlunun “Qorxulu nağıllar” kimi ömrü… Süleyman Sani Axundov 150

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Rövşən Yerfi

Azərbaycan klassik ədəbiyyatını mütaliə etmiş şəxslər arasında “Qorxulu nağıllar” kitabını oxumayanın olması mümkün deyil. Onu oxuyanlar arasında “Qaraca qız”ı sevməyən, oxuyarkən və ya filminə baxarkən dərindən kədərlənməyən birinin olmasına inanmaq mümkün deyil.

Uşaqlıq və yeniyetməlik dövründən yaddaşımızda qalan həmin gözəl hekayənin müəllifi Süleyman Sani Axundovdur. Süleyman Sani Axundov təkcə maraqlı hekayələrlə deyil, həm də dramaturq kimi ondan çox pyes yazmış, zamanının tanınmış pedaqoqlarından biri olmuşdur.

21 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olan yazıçı Süleyman bəy Axundov körpə yaşlarında atasını itirmiş, anası və dayısı tərəfindən tərbiyə almışdır. Yazıçı Şuşada anadan olsa da uşaqlıq illərini Ağdamda keçirmişdir. O, Ağdamda keçən uşaqlıq illərinin böyük sevgi ilə xatırlamış, böyüdüyü Seyidlı kəndinin təbiətinin gözəlliklərini öz əsərlərində ustalıqla təsvir etmişdir.

Süleyman bəy mülkədar təbəqəsinə mənsub olsa da, uşaq yaşlarından atasını itirdiyi üçün dayısı, dövrünün görkəmli maarif xadimi Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyovun himayəsində böyümüş, daim həyatın ağır sıxıntısını çiyinlərində hiss etmişdir. Zamanın məşhur müəllimlərindən olan dayısı S.S.Axundovun mənəviyyatının inkişafında cox böyük rolu olmuşdur. Dayısı balaca Süleymanı o dövrün cox məşhur təhsil ocaqlarından olan Zaqafqaziya müəllimlər seminariyasının Qori filialının ibtidai sinfinə yazdırır. Süleyman ibtidai sinfi bitirdikdən sonra həmin seminariyanın hazırlıq kursunda təhsil alır. Daha sonra Bakıya gələrək müəllim kimi fəaliyyətə başlayır.

Süleyman Sani Axundovun “Sani” təxəllüsünü seçməyini bəzi mənbələrdə müxtəlif cür izah olunur. Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri yazıçı, pedaqoq Abdulla Şaiq öz xatirələrində belə yazır: “S.Axundovla məktəbdə bir yerdə Süleyman Əbdülrəhmanov adlı bir müəllimdə işləyirmiş.Süleyman Axundov təvazökarlıq göstərək onu birinci müəllim, özunu isə ikinci müəllim adlandırmışdır. Sani- ikinci deməkdir”. “Sani” təxəllüsünü seçməyi bundan irəli gəlmişdir”. Lakın bəzi mənbələrdə Süleyman Axundovun bu təxəllüsü seçməyinin səbəbi Mirzə Fətəli Axundovdan sonra özünü ikinci Axundov hesab etməsidir.

1885-1994-cü illərdə Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almaqla “xalq məktəbləri müəllimi” ixtisasına yiyələnmiş, 1894-cü ildən pedaqoji fəaliyyətinə başlamışdır.

Müəllimlik xidməti ilə bağlı Dövlət Tarix Arxivində qorunan şəxsi işinə istinadən 1896-cı ildə, Süleyman bəy Bakı şəhər 4-cü rus-tatar məktəbində müəllim işləməyə başlayıb. Maddi çətinliklərini yaxşılaşdırmaq istəyi ilə Süleyman bəy üç il sonra iş yerini maaşı bir az yüksək olan şəxsi gimnaziyaya dəyişir. Lakin burada da, üç il işləyəndən sonra müəyyən səbəblərə görə dövlət xidmətinə qayıtmalı olur. Çox keçmir vicdanlı əməyinə görə, 1905-ci ildən 7-ci rus-tatar məktəbinin müdiri təyin olunur. Sovet hakimiyyəti qurulanadək 7-ci və 4-cü rus-tatar məktəblərində məktəb müdirlüyünü davam etdirir.

Süleyman bəy anasını çox sevirdi, anasına qayğısını heç zaman əsirgəmirdi. Bu baxımdan diqqəti şəxsi işdə olan bir ərizə cəlb edir. 21 dekabr 1909-cu ildə müdirriyyətə yazdığı bir ərizədə deyilir: “xahiş edirəm xəstə anamın Krımda müalicəsi zamanı onu müşayiət etmək üçün bir aylıq məzuniyyətə icazə verəsiniz”.

Daha bir sıxıntılı sənəd 1910-cu ilin 7 dekabrında Bakı şəhər Dumasında keçirilən iclasdan çıxarışdır. Çıxarışda qeyd olunur: “S.Axundov 01 oktyabr 1894-cü ildə xidmətə başlayıb, 1897-ci il noyabrda isə xidmətdən çıxıb Lavrovun şəxsi gimnaziyasında müsəlman uşaqları üçün əlifba öyrədən müəllim kimi işləmişdir. 12 yanvar 1901-ci ildən yenidən xidmətə daxil olmuşdur. Əvvəlki üç ilin xidmət illərinə qatılmasını xahiş edir.”

Duma bu məsələyə insafla yanaşıb düzgün qərar verərək ərizəni müsbət tərəfdən təmin edir. Çox maraqlıdır ki, Süleyman bəyin şəxsi işi də sona yaxınlaşdıqca yazdığı hekayələri kimi adamı kədərlənməyə, acı təəssüf hissi keçirməyə vadar edir.

Bu mənada əlavə şərh vermədən 4-cü rus-tatar məktəbinin müdiri Süleyman bəy Axundovun Müəllimlər Komissiyasının sədrinə ünvanlanmış son ərizəsini olduğu kimi diqqətinizə çatdırıram: “Müəllimlər Komissiyasının cənab Sədrinə 4-cü rus-tatar məktəbinin müdiri Süleyman bəy Axundovdan ərizə. Bu ilin mart ayının 13-də Ağdamdan, ağır xəstə olan anamdan teleqram aldım – təcili gəl. Vəziyyətinin ağır olduğunu bildiyimə görə, onu sağ görməyəcəyimdən qorxduğum üçün həmin gecə Sizə qısa məzuniyyət almaq müraciətini etdim. Ləngimədən yola düşdüm. Böyük xoşbəxtlikdir ki, anamı sağ gördüm. O, mənim qollarım üstə keçindi. Sizə məlum olduğu kimi bizim müsəlman adətlərində belə hallarda çoxlu məsrəflər tələb olunur. Pulum olmadığı üçün (ekstremal yola düşdüyümə və maaşı xahiş etməyə imkan tapmadığımdan) orada Bakıya qayıdan kimi qaytaracağıma söz verib borclar götürmüşəm. Bütün bunları və mənim uzunmüddətli xidmətim ərzində bir dəfə də olsun maddi vəsaitdən istifadə etməməyimi nəzərə alaraq, xahiş edirəm, şəhər idarəsi qarşısında mənə yardım verilməsi haqqında vəsatət qaldırasınız. 30 mart 1915-ci il”

Bu da Bakı şəhər idarəsinin 13 may 1915-ci il qərarı: “Dinlənildi: şəhər məktəbləri öyrətmənləri Kranqaçev, Kalinskoy, Petre və Xandəmirovanın müalicə, Axundovun anasının ölümü, Hüseynovun arvadının ölümü hadisələrinə görə vəsaitin verilməsi. Qərara alındı: 100 rubl həcmində vəsait rus-erməni məktəbinin müəlliməsi Xandəmirovaya verilsin. Digər vəsatətlərin təmin edilməsi müvafiq hesab edilməsin.”

Bu sənədləri oxuyandan sonra bir daha əmin olursan ki, ləyaqətli ömür sürən insanların həyatı heç də rahat, şirin olmur. Əksinə kədərli, “qorxulu nağıllardan”, mübarizələrdən ibarət olur.

S.S.Axundov ömrünün axırına kimi Azərbaycan ədəbiyyatı üçün çalışmış, yazdığı pyeslərlə teatra ələxsus da uşaq ədəbiyyatına çox böyük töhfələr vermişdir. Məktəb dərsliklərinin tərtib edilməsində böyük xidmətlər göstərmişdir. Yazıçının sevimli “Qorxulu nağıllar” kitabı Azərbaycan ədəbiyyatının Qızıl fonduna daxil edilmişdir. Yazıçı 1939-cu ildə Bakı şəhərində vəfat etmişdir. Sovet hakimiyyəti onu “Əmək qəhrəmanı” ordeni ilə təltif etmişdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri