Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

İran rejimi legitimliyini itirir ŞƏRH

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Görkəmli ədib və pedaqoq haqqında dəyərli mənbə Süleyman Sani Axundov 150

Görkəmli ədib və pedaqoq haqqında dəyərli mənbə Süleyman Sani Axundov 150

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aygün BAĞIRLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan ədəbiyyatı, mədəniyyəti və təhsilinin, xüsusilə uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan görkəmli ədib, dramaturq, ictimai xadim, pedaqoq Süleyman Sani Axundovun bu il 150 illik yubileyidir. Qarabağda - Şuşada bəy ailəsində dünyaya göz açan, ancaq ikiaylıq olarkən atası Rzaqulu bəy dünyasını dəyişdiyindən anası Dürnisə xanımın himayəsində böyüyən, dayısı - görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyovun dəstəyi və qayğıkeşliyi ilə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil alan Süleyman Sani Azərbaycan təhsilinin, teatrının və ədəbiyyatının inkişafında əvəzsiz xidmətlər göstərib. 1894-cü ildə Qori Seminariyasını bitirib Bakıda müəllim kimi fəaliyyətə başlayan S.S.Axundov ilk tədris proqramlarının, dərsliklərin yazılmasında yaxından iştirak edib, məhz ana dilində mətnlərin çatışmadığını görəndə uşaqlar üçün silsilə nağıllar - "Qaraca qız", "Nurəddin", "Abbas və Zeynəb", "Əhməd və Məleykə", "Əşrəf" - yazmış, təhsil təşkilatçısı kimi mühüm işlərə imza atıb. 1920-21-ci ildə Qarabağ maarif şöbəsində müdir işləyərkən dəstəyi və təşəbbüsü ilə Şuşa və Zəngəzur ətrafında uşaq baxçaları, qiraətxanalar, qadınlar üçün savad kursları açılıb. Məhz onun Azərbaycan Xalq Maarif Komissarlığına ünvanladığı məktub əsasında Şuşada Müəllimlər Seminariyası fəaliyyətə başlayıb. Teatrlar üçün, məktəb dərnəkləri üçün pyes və ssenarilər yazan ədib həmin əsərlərin səhnələşdirilməsində də iştirak edib, bəzən aktyor çatmayanda müxtəlif rolları ifa da edib. Əqidədaşları ilə təhsil, maarif cəbhəsində avamlığa, cəhalətə və savadsızlığa qarşı mübarizə aparan, cəmiyyətin işıqlı sabahı üçün çalışan Süleyman Sani bütün icmai, pedaqoji və ədəbi-bədii fəaliyyəti boyu qaranlıqları aydınlatmağa çalışıb. Ədibin "Ümid çırağı", "Cəhalət qurbanı", "Təbrik", "Namus", "Kövkəbi-hüriyyət", "Yuxu" hekayələri də cəhalət və avamlığın tənqidinə, işıqlı ideyaların təbliğinə həsr olunub.

"Şərq tarixi: Baharlılar", "Ağdamın adlı-sanlı pedaqoqları, alimləri", "Seyidli oymağının bəzi tarixi şəxsiyyətləri", "Qaraqoyunlular", "Qarabağın Çəmənli oylağı", "Əlişəkər bəy nəslinin görkəmli şəxsiyyətləri", "Murtuza bəy ocağı" və başqa kitabların müəllifi Orxan Zakiroğlunun (Baharlının) növbəti kitabı "Axundovlar nəslinin görkəmli şəxsiyyəti - Süleyman Sani Axundov" adlanır. Müəllif kitabda qədirşünaslıqla S.S.Axundovun nəsil şəcərəsini, həyatına dair əhəmiyyətli faktları araşdırıb, maarifçilik fəaliyyətini və yaradıcılığının maraqlı məqamlarını işıqlandırıb. Arxiv sənədləri, müxtəlif xarakterli tədqiqatlar, müasirlərinin xatirələri əsasında ədibin həm şəxsiyyəti, həm çoxşaxəli fəaliyyəti ilə oxucunu tanış edib. Orxan Zakiroğlu kitabında kameral təsvirlər əsasında Axundovun həm ata, həm ana tərəfdən soykökünü araşdırıb, onun mənsub olduğu şəcərənin məşhur üzvləri haqqında məlumatlar verib, nəslin Azərbaycanın elm, təhsil, hüquq və hərb sahəsində xidmətləri olan çoxsaylı nümayəndələri ilə ictimaiyyəti tanış edib. Müasirlərinin xatirələrindən müəyyən parçaları təqdim edən müəllif Süleyman Sani Axundovun həm pedaqoq, həm ictimai xadim, həm yazıçı kimi müfəssəl portretini yarada bilib.

İstər həmkarları, istər tələbələri Süleyman Sani ilə bağlı xatirələrində ondan maraqlı yazıçı, sədaqətli dost, qayğıkeş və tələbkar müəllim kimi danışırlar. Abdulla Şaiqin, Mir Cəlalın, Süleyman Rüstəmin, Cəmo Cəbrayılbəylinin, Əli Vəliyevin ədib haqqındakı xatirələrindən nümunələr verilməsi kitabı maraqlı etməklə yanaşı, onun bir şəxsiyyət kimi bütün rakurslardan oxucuya təqdiminə kömək edir: "...O, bizi ata kimi sevirdi. Onun nurani, mənalı simasından həmişə bir qayğı və məlahət yağardı. Biz bir günah işlədikdə onun üzünə baxmaqdan utanardıq. Onun mənalı baxışları sanki bizimlə danışırdı. Onun dərsində sinifdə həmişə dərin bir sükut vardı" (Süleyman Rüstəm); "Süleyman Sani Axundov Qarabağ vilayət maarif şöbəsinin müdiri vəzifəsində çalışdığı ildə 150 nəfər uşaqdan ibarət böyük uşaq bağçası, Minkənddə, Qubadlıda və Şuşada uşaq evləri açılmışdır. O, Şuşa şəhərində maarif və mədəniyyət məsələlərinə dair mühazirələr keçmiş, savad kursları təşkil etmişdir" (Nadir Vəlixanov); "Otuzuncu illərin başlanğıcında Dövlət Nəşriyyatı mənə hörmətli ədibimiz Nəriman Nərimanovun külliyyatını hazırlamağı tapşırmışdı. Bu kitabı toplayıb çapa hazırlamaq üçün çox mənbələrə və simalara müraciət etdim. Onlardan biri də mərhum Süleyman Sani idi. Ancaq onda bildim ki, onun ailəsi, övladı yoxdur. Məktəblərin birində tənha bir otaqda yaşayır. Mən ədibin otağına getdim. Nəriman Nərimanov haqqında danışacağımı eşidəndə çox maraqla qarşıladı. Ondan öyrəndim ki, "Şamdan bəy" komediyasının ilk adı "Dilin bəlası" imiş. Sonradan yoldaşların məsləhəti ilə əsər qəhrəmanın adı ilə adlandırılmışdır. Seyid Hüseyn də, Süleyman Sani də, Nəriman Nərimanov da müəllim-ədib, yaxud ədib-müəllim olmuşlar. Xüsusilə məktəbi, tərbiyə, təlim işini çox sevmiş, ömürlərinin mühüm hissəsini buna sərf etmiş, bədii əsərlərdə də bu aləmi məhəbbət, məharətlə təsvir etmişlər" (Mir Cəlal).

"Həqiqi müəllim olmaq böyük xoşbəxtlikdir. Müəllim sənətindən yüksək sənət yoxdur. Bütün peşələrin bünövrəsini müəllim qoyur. Sənətinizlə fəxr edin. Müəllim olmağınızla hər yerdə öyünün. Çalışın ki, şagird və tələbələrinizin qabağında gözü kölgəli olmayasınız. Müəllim həmişə atlı olmalıdır. Piyadalıq müəllimə yaraşmayan hərəkətdir. Piyada gedən tez yorular. Atlı heç vaxt yorulmaz. Atlı - bilikli, piyada - bilikdən kasad deməkdir. Müəllim elmli sözündəndir. Həmişə biliyin, elmin yüksəkliyində durun. Mədəni rəftarınız, xüsusi qayğınız, dərin biliyiniz sayəsində şagird və tələbələrin nəzərində uca görünün", - deyən Süleyman Sani Axundov hər dəfə gənc müəllimlərlə görüşündə onlara tövsiyələr verirdi.

Kitabda yazıçının "Uşaqlıq həyatımdan xatirələr" adlı memuarından da müəyyən hissələrin verilməsi onun uşaqlıq illərini keçirdiyi Seyidli kəndinin (indiki Ağdam rayonunun ərazisinə daxildir) təbiəti, etnoqrafiyası haqqında müasir oxucuda müəyyən təəssüratlar yaratmış olur. Hansı ki, yazıçının xatirələrində bağlı-bağatlı, barlı-bərəkətli, əsrarəngiz təbiət gözəlliyi ilə təsvir olunan Seyidli kəndi erməni işğalı nəticəsində vəhşicəsinə dağıdılıb. Yazıçının uşaqlığının keçdiyi ev 100 illik yubileyi ərəfəsində (1975) abadlaşdırılmış, ev-muzeyi və kitabxana kimi fəaliyyət göstərmiş, qarşısında büstü qoyulmuşdu. Bu gün o muzey və kitabxanadan əsər əlamət qalmayıb. Həmçinin Ağdam şəhərinin mərkəzi küçələrindən biri işğaldan əvvəl Süleyman Sani Axundovun adını daşıyırdı. Həmin küçə də şəhərin başqa küçələri kimi düşmən vəhşiliyinin qurbanı olub, tamamilə məhv edilib. Bütün bunlar haqqında kitabında ətraflı məlumat verən Orxan Zakiroğlu vaxtı ilə ədiblə görüşən insanlarla da həmsöhbət olub, onların S.S.Axundovun həyatı ilə bağlı söylədikləri maraqlı məqamları da oxucularla bölüşüb. Əsərdə yazıçının Seyidli kəndində keçən uşaqlığından, Zaqafqaziya Seminariyasındakı təhsil illərindən, Sani təxəllüsünün tarixçəsindən tutmuş həyatının bütün mərhələləri haqqında müfəssəl məlumat əldə etmək mümkündür. Süleyman Sani Axundovun həyatında baş verən, haqqında çox danışılan məşhur bir hadisənin tarixçəsinin də kitabda yer alması onun bir şəxsiyyət kimi portetinin tam təqdim olunmasına xidmət edir. 

Adından da göründüyü kimi, kitabda təkcə Süleyman Saninin özü deyil, Axundovlar nəslinin ayrı-ayrı nümayəndələri də yad edilib, onların şəxsiyyətləri və fəaliyyətləri haqqında da bilgilər verilib. İlk dəfə olaraq Şuşa şəhərinin, Ağdam rayonu Seyidli kəndinin Axundovlar nəslinin Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan kameral təsvirlərinin fotoları da kitabda öz əksini tapıb ki, bunlar gələcək tədqiqat əsərlərində də mənbə kimi istifadə oluna bilər. 

Süleyman Saninin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər, müxtəlif illərdə keçirilən yubiley tədbirləri, elmi toplantılar, təşkil edilən sərgilər, radio və televiziya verilişləri, səhnələşdirilən əsərləri haqqında kitabda müfəssəl məlumatlar verən müəllif bütün bunları bir tədqiqatçı təmkini ilə araşdırıb, diqqətçəkən səliqə və təfərrüatla təqdim edib.

Yazıçının vəfatı vaxtı dövri mətbuatda yazılan nekroloqlar, vida sözləri, həmçinin dəfn mərasimində Səməd Vurğunun, Abdulla Şaiqin, Süleyman Rəhimovun, Sidqi Ruhullanın və Məmməd Arifin çıxışları barədə məlumatlar verilib. Orxan Zakiroğlu Baharlının böyük zəhmətinin nəticəsi olan "Axundovlar nəslinin görkəmli şəxsiyyəti - Süleyman Sani Axundov" kitabı ədibin 150 illik yubileyinə bir töhfə kimi dəyərlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see315

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see194

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see192

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see179

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see168

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see155

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri