Icma.az
close
up
RU
ADPU nun prorektoru İsraildə MASHAV proqramı çərçivəsində təlimlərdə iştirak edir

ADPU nun prorektoru İsraildə MASHAV proqramı çərçivəsində təlimlərdə iştirak edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva MASHAV Peşəkar İnkişaf Proqramı çərçivəsində  İsrailin Hayfa şəhərində keçirilən təlim proqramında iştirak edir. İsrailin Regional Əməkdaşlıq Nazirliyi və Təhsil Nazirliyinin tə.kilatçılığı ilə keçirilən builki proqram “İqlimdə dayanıqlılıq və ətraf mühit davamlılığı üçün təhsil” mövzusunu əhatə edir.

Proqram çərçivəsində Azərbaycanın qabaqcıl təhsil işçilərindən seçilmiş təlim iştirakçıları Qüds, Ölü dəniz və İsrailin aparıcı innovasiya mərkəzlərində ekspert dərslərində, praktik seminar və sahə səfərlərində iştirak ediblər.  Ətraf mühit təhsili və davamlılıq sahəsində qabaqcıl təcrübəyə sahib olan Roş Ha-Ayin şəhərindəki Afek məktəbi ziyarət edilib. Səfər zamanı şagirdlər GLOBE (Qlobal Öyrənmə və Müşahidələr Ətraf Mühitin Xeyrinə) proqramı çərçivəsində idarə etdikləri meteoroloji mərkəzi təqdim edərək ətraf mühitlə bağlı praktik tədqiqatlarını nümayiş etdiriblər. Həmçinin, ağacəkmə aksiyası həyata keçirilib.

Qeyd edək ki, MASHAV (İsrail Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi) 1958-ci ildə yaradılan və beynəlxalq inkişaf layihələri həyata keçirən təşkilatdır. İsrailin beynəlxalq inkişaf və humanitar sahələrdəki təcrübəsini digər ölkələrə təqdim etmək,  davamlı inkişaf məqsədlərinə çatmaq üçün beynəlxalq əməkdaşlıq qurmaq məqsədi daşıyan təşkilat, əsasən,  kənd təsərrüfatı, su təchizatı, səhiyyə, təhsil və texnologiya sahələrini priotet götürüb.

Proqramın həftəsonu yekunlaşacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri