Icma.az
close
up
RU
ADPU nun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

ADPU nun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları – Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov, İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova və Pedaqoji psixologiya kafedrasının müəllimi Könül Xudazadə Polşanın Mariya Skladovska Küri Universitetinin nəzdində fəaliyyət göstərən Pedaqogika və psixologiya fakültəsində təşkil olunan beynəlxalq elmi seminarda iştirak ediblər.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

Bildirilib ki, “Müasir dövrdə sosial adaptasiya çətinlikləri yaşayan insanların xüsusiyyətləri” (Social Adaptation Difficulties of Contemporary People) mövzusunda keçirilən elmi seminarda ADPU əməkdaşlarının “Təhsil prosesində yeniyetmələr arasında deviant davranışın səbəblərinin psixopedaqoji təhlili” mövzusunda məruzələri dinlənilib.

Seminar çərçivəsində ADPU nümayəndələri universitetdə həyata keçirdikləri “XXI əsrdə rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı layihəni də beynəlxalq auditoriyaya təqdim ediblər. Layihədə müasir dövrdə rəqəmsal texnologiyaların şagirdlərin sosial, psixoloji və təhsil həyatına təsiri, eləcə də rəqəmsal asılılığın qarşısının alınması istiqamətində aparılan tədqiqat və fəaliyyətlər haqqında danışılıb.

Seminarda ADPU ilə elmi-tədqiqat və akademik əməkdaşlığın genişləndirilməsi, gələcəkdə birgə layihələrin və beynəlxalq əməkdaşlıq əlaqələrinin davam etdirilməsi müzakirə olunub.

Qeyd edək ki, beynəlxalq seminar müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirərək sosial adaptasiya, pedaqogika və psixologiya sahələrində aktual problemlərin müzakirəsi üçün mühüm elmi platforma rolunu oynayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri