Icma.az
close
up
RU
ANAMA yanında İctimai Şura müraciət etdi

ANAMA yanında İctimai Şura müraciət etdi

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şura gündəlik fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslərə, eləcə də doğma yurdlarına qayıdan əhaliyə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurum üzvlərinin son vaxtlar azad edilmiş ərazilərdə ardıcıl mina hadisələrinin baş verməsi ilə əlaqədar apardıqları müzakirələrin yekun nəticəsi olaraq ictimaiyyətə yaydıqları açıqlamada qeyd olunub.
Bildirilib ki, son günlər azad edilmiş ərazilərdə ardıcıl mina hadisələrinin baş verməsi ciddi narahatlıq doğurur:
“Yeni ilin ilk günlərində artıq ikinci mina hadisəsi qeydə alınıb. İkinci Qarabağ müharibəsindən sonra ötən dövr ərzində 417 nəfər mina və partlamamış hərbi sursatların partlayışı nəticəsində həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmişlər arasında regiona səfər edən mülki şəxslər, kənd təsərrüfatı ilə məşğul olanlar, bərpa-quruculuq işlərində iştirak edən işçilər, jurnalistlər, hərbçilər, eləcə də xidməti vəzifələrini yerinə yetirən qurumların əməkdaşları var”.
ANAMA yanında İctimai Şura bir daha diqqətə çatdırır ki, təmizlənməmiş ərazilərə daxil olmaq, naməlum əşyalara toxunmaq, xəbərdarlıq nişanlarına məhəl qoymamaq ağır və bəzən geridönüşü olmayan nəticələrə səbəb olur:
“Məhz təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək mina hadisələrinin qarşısının alınması məqsədilə mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirkləndirilmiş ərazilərin müvəqqəti olaraq konservasiya olunaraq çəpərlənməsi fəaliyyəti icra edilir. Xüsusən, gündəlik fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslər, eləcə də doğma yurdlarına qayıdan əhalinin tələb olunan qaydalara riayət etməsi həyati vacibdir”.
Vurğulanıb ki, bu gün mina təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən müvafiq kompleks işlər davam etdirilir:
“Mina təhlükəsinin qarşısının alınmasında yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətli davranışı həlledici əhəmiyyət daşıyır. İnanırıq ki, təhlükəsizlik qaydalarına əməl etmək insan həyatını qorumağın ən etibarlı yoludur. Qeyd olunanları nəzərə alaraq, regionda istisnasız olaraq hər kəsi yalnız icazə verilmiş və təmizlənmiş ərazilərdə fəaliyyət göstərməyə, xəbərdarlıq nişanlarına ciddi yanaşmağa, şübhəli əşya və ya mina riski olan hallarla rastlaşdıqda dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq. Dünyada insan həyatının qorunmasından qiymətli heç nə yoxdur. Yaddan çıxarmayaq ki, mina təhlükəsinə laqeyd yanaşma yeni faciələrə yol aça bilər”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri