Icma.az
close
up
RU
İctimai şura cəmiyyətin fəallığına töhfələr verir

İctimai şura cəmiyyətin fəallığına töhfələr verir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, ölkəmizdə dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, yerli icra hakimiyyəti və özünüidarə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşlar və vətəndaş cəmiyyəti institutları da fəal iştirak edirlər. Bu baxımdan, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunu əsasında yaradılmış İctimai Şuralar (İŞ) mühüm rol oynayır.

İdarəetmə orqanları ilə vətəndaş cəmiyyəti arasında körpü səciyyəsi daşıyan, əsasən məşvərətçi və əlaqələndirici qurum kimi çalışan İctimai şuralardan biri də Sumqayıt Şəhər İcra Hakimiyyətinin yanında yaradılıb. Şuranın sədri şəhərin ictimai-siyasi və mədəni həyatında daim fəal iştirakı ilə seçilən həkim, yazıçı-publisist Hümbət Quliyevdir. Onunla söhbətimiz İctimai şuraların mahiyyəti və  rəhbərlik etdiyi qurumun gördüyü işlər barədədir.

– Hümbət müəllim, əvvəlcə bu ictimai fəallıq hərəkatının cəmiyyətin həyatındakı rolundan danışardınız...

– İctimai şuraların yaradılmasından əsas məqsəd vətəndaşların dövlətin idarəedilməsinə geniş cəlbi və icra orqanlarının fəaliyyətinin səmərəliliyinin daha da artırılmasına töhfələr verməkdir. Çalışmaları qanunla tənzimlənən bu şuraların mexanizmləri monitorinqlər, müşahidələr və vətəndaş müraciətlərinin araşdırılıb həlli üçün vasitəçilik ediməsidir. Şuralarda vətəndaş cəmiyyəti institutları, QHT-lər, bələdiyyələr, həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri təmsil olunur. Yəni hədəf kimi vətəndaş potensialının sağlam cəmiyyət üçün səfərbər edilməsi götürülür. Sizin də qeyd etdiyiniz kimi, biz vətəndaş institutları ilə icra orqanları arasında körpü olaraq, bir növ ünsiyyət vasitəçiliyi edir, problemlərin üzə çıxarılıb həll olunmasına çalışır.

– Sizin rəhbərlik etdiyiniz İctimai Şura kimlərdən ibarətdir?

– Gizli səsvermə yolu ilə seçilmiş 15 nəfər üzvümüz var. Hamısı nüfuzlu şəxslərdir. Sədr müavini Məhəmməd Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hacı Rauf Sərdarov, AYB Sumqayıt bölməsinin sadri Gülnarə Cəmaləddin, “Qızıl Aypara”nın  regionalal koordinatoru Mətanət Məhərrəmova, şair-publisist Rafiq Oday, Qarabağ Müharibəsi veteranı Çingiz Məmmədov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yerli komitə sədri Şahin Şəfiyev, şairə Xatirə Fərəcli və digərləri tanınmış ziyalılar, həmçinin ictimai fəal gənclərdir. Birgə səylərlə qarşıda duran vəzifələri gerçəkləşdiririk. 

– Hər bir vətəndaş öz müşkülü ilə bağlı sizə müraciət edə bilirmi?

– Yox. Məsələ burasındadır ki, İctimai şuralar sırf şəxsi problemlərlə deyil, adından da göründüyü kimi, məhz ictimai mahiyyət daşıyan məsələlərlə məşğul olur (Şəhid ailələrinin, qazilərin müraciətləri istisna olmaqla). Biz əsasən cəmiyyətin idarəetməyə dəstəyini formalaşdırırıq, toplumun sosial qayğılarına kömək edirik. Buraya hamının istifadə etdiyi ictimai nəqliyyat, su, işıq, qaz təchizatının, yol infrastrukturunun yaxşılaşdırılması və sair daxildir. Maarifləndirmə işimizin məğzi  budur ki, hansısa məmurun nöqsanı, yarıtmaz işi nahaqdan dövlət strukturunun ayağına yazılmasın. İnsanlara səhiyyənin, təhsilin və digər sahələrin mövcud olan və potensial imkanlarını çatdırırıq. Məramımız Sumqayıtın həm işləmək, həm də yaşamaq üçün rahat şəhər olmasıdır. Belə olduqda, şəhərimizin xarici investorlar üçün də cəlbediciliyi artır və son nəticədə yeni iş yerləri yaradılmaqla məşğulluq imkanları da genişlənir.

– Şuranız, son vaxtlarda, konkret olaraq, hansı sahələrə diqqət yetirib?  

– Bir araşdırmamız nəqliyyatın vəziyyətinə aid olub. Könüllülərin də iştirakı ilə şəhərimizdə ictimai nəqliyyat xidmətinin vəziyyəti, avtobusların rahat yollarda hərəkəti imkanları, yay mövsümündə kondisionerlərin işləyib-işləməməsi, kart sisteminin tətbiqi və digər bu kimi amillərə diqqət yetirmiş, əlaqədar qurumlara tövsiyələr vermişik. Nəticə də müsbət olub: indi Sumqayıtda yüzlərlə yeni avtobus alınaraq xəttə buraxılıb, ən ucqar küçələrə belə ictimai nəqliyyat vasitələri rahat gedib çıxır, hərəkət cədvəlinə ciddi riayət olunur və sair.

Səhiyyə sistemi üzrə şəkərli diabet xəstələrinin kütləvi olaraq qlükometrlərlə təminatına nail olmuşuq. Daha bir aktual məsələ – ətraf mühitin təmizliyi üçün atılan addımlardır. Zavodların tullantı sularının bir yerə yığılıb təmizlənməsi, dənizə çirkli su axınının qarşısının alınması bu sıradandır. Artıq bu problemin bir qismi həll edilib. Məsələn, Acıdərə kanalına borular qoyulub, bir sıra yerdə təmizləyici qurğular tikilib və məsələ tezliklə tam həllini tapacaq. 

Ekoloqlarla birlikdə kustar sexlərin havanı çirkləndirməsinin, şadlıq saraylarından səs-küyün həddindən artıq ətrafa yayılmasının qarşısının alınması, mağazalarda qida təhlükəsizliyinə nail olunması (vaxtı keçmiş məhsulların istehsal tarixinin saxtalaşdırılmasının qarşısının alınması), mənəvi dəyərlərin təbliği, narkomaniyaya qarşı ictimai mübarizə də uğurlu işlərimiz sırasındadır. Prioritet istiqamətlər bunlardır.   

– Şuranın bürokratik struktur olma ehtimalı necədir?

– Buna qətiyyən yol vermək olmaz. Biz yoxlamalar keçirmirik, monitorinqlər,  ictimai müşahidələr aparırıq. Bir də ki, ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış  QHT-lərin araşdırma nəticələrinin icra strukturlarına çatdırılmasına dəstək oluruq.  Prinsiplərimiz qanunçuluq, qərəzsizlik, könüllülük, şəffaflıq, plüralizm, bərabərlik və ayrı-seçkiliyə rəvac verilməməsidir. Onu da deyim ki, başda Zakir Fərəcov olmaqla, Sumqayıt şəhər rəhbərliyi müraciətlərimizə çox həssas yanaşır, qaldırdığımız məsələlərə maksimum diqqət yetirir, bizi zəruri olan məlumatlarla təmin edir və təşəbbüslərimizi daim dəstəkləyir. Elə müəyyən müsbət nəticələrə nail olmağımızın bir səbəbi də budur.

– Adını layiqincə doğruldan İctimai Şuranıza davamlı uğurlar arzu edirik!  

Əli NƏCƏFXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see314

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see236

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see198

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see145

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see139

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see134

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see125

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see125

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see123

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see122

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see122

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri