Icma.az
close
up
RU
ADSEA Fuad Quliyevin inhisarındadır?

ADSEA Fuad Quliyevin inhisarındadır?

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Turan Hərəkat başqanı Cahandar Bayoğlu LAF TV-nin efirində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyəti ilə bağlı faktlar açıqlayıb.
Newscenter.az-ın xəbərinə görə, anaxeber.info.az məlumat verir ki, Bayoğlu qurumun rəhbərliyində olan şəxslərin qanunsuz hərəkətləri, biznesi və idarəçilik metodu haqda detalları diqqətə çatdırıb. Onun sözlərindən belə məlum olub ki, agentliyin sədri Zaur Mikayılov və aparat rəhbəri Fuad Quliyev bu strukturu cinayət yuvasına çevirib. Prezidentin etimad göstərib sədr qoyduğu, Azərsu, Su və Meliorasiya təsərrüfatını da agentliyin tabeliyinə verib ona həvalə etdiyi halda, Zaur Mikayılov hakimiyyətə ziyan verən fəaliyyətlə məşğuldur. Buna sabotaj da demək olar.
Dövlət üçün mühüm və strateji əhəmiyyətə malik bu qurumun Zaur Mikayılovla Fuad Quliyevin əlində əsir-yesir qalması ciddi risklər, təhdidlər yaradır. Çünki söhbət dövlətin su ehtiyatlarından, onun idarə olunmasından gedir.
2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışmış Fuad Quliyevin Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır. Bu da qanunvericilikdə yolverilməz haldır. Yəni qohumu yüksək vəzifəyə təyin etmək. Cahandar Bayoğlu efirdə bildirib ki, əslində ADSEA-da sədr müavinlərinin səlahiyyətləri var. Amma aparat rəhbəri Fuad Quliyev onların heç birinə işləməyə imkan vermir. Onun dediyinə görə, kadr təyinatı, kimi işə qəbul, kimi işdən azad etmək məsələləri aparat rəhbəri Fuad Quliyevin inhisarındadır. Hətta onun qəbuluna düşmək istəyən müavinləri belə üzünü görə bilmirlər. Məlum olur ki, ya başı istədiyi kadrları təyin etməyə, ya tender işlərinə, ya da restoranlarını idarə etməyə qarışıb. Bəli, Fuad Quliyev "restoranlar kralı" kimi tanınır və bunu da efirdə hərəkat başqanı bəyan edib.
Bundan başqa, Bayoğlu iddia edib ki, Fuad Quliyev barəsində həbs qərarı çıxarılmış sabiq baş nazir müavini Abbas Abbasovun və ləğv edilmiş MTN-in əvvəllər məhkum olunmuş keçmiş generalı Akif Çovdarovun adamıdır. Yəni dövlətə və Prezidentə bağlı olmayan bir şəxs, tender korrupsiyası və restoran biznesi ilə məşğul olan Fuad Quliyev qudası - sədr Zaur Mikayılovla əlbir olaraq sözügedən agentliyi talan edirlər. Bir sözlə, "qudalar agentliyi" də demək mümkündür. Ümumiyyətlə, bu strukturda su təsərrüfatına aid olmayan xeyli sayda adamın idarə rəisi və başqa vəzifələri tutduğu bildirilir. Bundan əlavə, onlar da öz yaxınlarını müxtəlif sahələrə yerləşdirir ki, artıq agentlik tam şəxsi təsərrüfata, klanlar, tayfalar əlində qalan bir sistemə çevrilməkdədir. Üstəlik, Abbasov və Çovdarovlara yaxın adamların qurumda yerləşməsi narahatlıq doğuran bir məsələdir. Hər halda, bu deyilənlərə aydınlıq gətirilməsinə ehtiyac var. Yoxsa bu gedişlə Qorxmaz Hüseynov və başqalarına şükür etməli olacağıq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Aprel 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see460

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see335

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see316

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see313

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see311

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see287

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see284

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see283

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see277

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see272

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see270

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see265

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see261

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see254

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see252

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see250

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see250

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see225

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri