Icma.az
close
up
RU
ADSEA: Hacıqabul gölünün ekoloji vəziyyəti bərpa ediləcək

ADSEA: Hacıqabul gölünün ekoloji vəziyyəti bərpa ediləcək

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Hacıqabul rayonundakı eyniadlı gölün ekoloji vəziyyətinin bərpası planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda bildirib.

Onun sözlərinə görə, hazırda Bakıdakı Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, “Ağ Şəhər” ərazisində tullantı sularının idarə olunması və təmizlənmiş suların sənaye, kənd təsərrüfatı və yaşıllıqlar üçün təkrar istifadəsi istiqamətində də işlər aparılır.

Ə. Əzizov əlavə edib ki, Azərbaycanın əsas suvarma arteriyalarından biri olan Şirvan kanalının yenidən qurulması layihəsi də davam etdirilir: “Layihə çərçivəsində kanalın ötürmə gücü saniyədə 78 kubmetrdən 180 kubmetrə çatdırılacaq, uzunluğu isə 122 kilometdən 204 kilometrə qədər artırılacaq. Nəticədə 228 min hektar sahənin suvarma təminatı yaxşılaşdırılacaq”/

O bildirib ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə birgə dəniz suyunun duzsuzlaşdırılması layihəsi həyata keçirilir: “Sumqayıt Kimya Sənaye Parkında gündəlik 300 min kubmetr içməli su istehsal edəcək zavodun tikintisi nəzərdə tutulur. Zavodun inşası 2,5 il ərzində tamamlanacaq və növbəti 25 il ərzində konsorsium tərəfindən idarə olunacaq”.

Agentlik rəsmisi vurğulayıb ki, ölkədə formalaşan su ehtiyatlarının 25 %-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür: “İşğal dövründə bu ərazilərin su təsərrüfatı infrastrukturu ciddi zərər görmüşdü. Artıq Suqovuşan, Xaçınçay, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının bərpası başa çatıb. Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir. Həkəriçay və Bərgüşadçay su anbarlarının isə texniki-iqtisadi əsaslandırma işləri davam etdirilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Aprel 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri