ADSEA: Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev bildirib.
O qeyd edib ki, kanal üzrə 33-34 kilometrlik hissədə torpaq qazma və torpaq yayma işləri həyata keçirilib, 113 kilometrlik hissədə isə betonlama işləri aparılıb: "Şirvan suvarma kanalının layihə üzrə nəzərdə tutulan tikintilərdən davamı olaraq Şirvan suvarma kanalının yekun hissəsində Hacıqabul rayonunun ərazisində ekoloji tarazlığın təmin olunması üçün Hacıqabul gölünə də 5 kubmetr saniyədə suyun verilməsi və həmin ərazidə ekoloji tarazlığın bərpası nəzərdə tutulur. Bu kimi layihələr Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq davam etdirilir".
Onun sözlərinə görə, Mingəçevir su anbarından su götürən hissədə olan Qarabağ suvarma kanalının da layihə sənədləri hazırlanıb: "Artıq onların da o kanalda növbəti ildə tikintisinə başlanılması hədəf kimi gözlənilir. Qarabağ kanalının faktiki su buraxma qabiliyyəti 113 kubmetr saniyədən 135 kubmetr saniyədək artırılması, suvarılan hektarın isə mövcud 115 min hektardan 166 min hektaradək artırılması nəzərdə tutulur. Həmişə ölkənin birinci suvarma kanalının Qarabağ kanalı olduğu deyilirdi. Artıq Şirvan suvarma kanalı ölkənin bütün parametr göstəricilərinə görə birinci suvarma kanalı kimi tarixə düşəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 28 Oktyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















