Icma.az
close
up
RU
ADSEA: Kür çayında suyun səviyyəsi yüksəlib daşqın təhlükəsi...

ADSEA: Kür çayında suyun səviyyəsi yüksəlib daşqın təhlükəsi...

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz-yay gursululuq dövrü müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu dövrdə çaylarda suyun səviyyəsinin artması təbii proses sayılır.

Kür çayı üzərində yerləşən Şəmkir, Yenikənd və Mingəçevir su anbarlarında çoxillik nizamlama rejiminə uyğun olaraq su yığımı həyata keçirilir. Mingəçevir su anbarından artıq suların aşağıya ötürülməsi Nazirlər Kabineti və digər aidiyyəti qurumlarla razılaşdırılaraq daimi nəzarət altında saxlanılır.

2010-cu il daşqın hadisələrindən sonra ötən 15 il ərzində Kür çayı boyunca bəndlərin hündürlüyünün artırılması və möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Hər il olduğu kimi, cari ildə də bu tədbirlər üçün ayrılan vəsait çərçivəsində müvafiq istismar işləri davam etdirilir.

Keçən müddət ərzində Kür çayında suyun səviyyəsi məcrasından yuxarı qalxmayıb. Son günlərdə bəzi ərazilərdə su səviyyəsi mühafizə bəndinin alt oturacaqlarına qədər yaxınlaşıb. Bununla belə, hazırda Kür çayında orta su səviyyəsi mühafizə bəndinin üst qeydiyyat nöqtəsindən 3,5 metr aşağıdadır.

Məlumatda deyilir ki, bəzi saytlarda və sosial şəbəkələrdə yayılan görüntülərdə Kür çayının subasma riski olan ərazilərində razılaşdırılmadan salınmış əkin sahələrinin qarşısında qurulmuş müvəqqəti tirələrin dağılması əks olunub. Qeyd olunub ki, bu görüntülər ərazilərdə yaşayan əhali, infrastruktur obyektləri və yaşayış məntəqələri üçün heç bir təhlükə yaratmır. Əsas qoruyucu mühafizə bəndlərində hər hansı bir risk müşahidə edilmir.

Hazırda mühafizə bəndlərində fasiləsiz monitorinq aparılır, bütün ərazilər nəzarətdə saxlanılır və qabaqlayıcı tədbirlər davam etdirilir. Son günlərdə suyun səviyyəsinin qalxması ilə əlaqədar maşın-mexanizmlər növbəli qrafik əsasında mühafizə bəndlərinin üzərində fasiləsiz yerləşdirilib.

Bu səbəbdən, Kür çayında suyun səviyyəsinin artması fonunda Sabirabad rayonu və digər ərazilərdə daşqın təhlükəsi ilə bağlı hər hansı bir narahatlıq mövcud deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri