Icma.az
close
up
RU
ADU da Beynəlxalq Çin Dili Günü qeyd olunub

ADU da Beynəlxalq Çin Dili Günü qeyd olunub

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) Çin Dili Günü böyük təntənə ilə qeyd olunub.

525.az xəbər verir ki, ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə həyata  keçirilən tədbir Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Dövlət Himnləri ilə başlayıb. Bildirilib ki, hər il aprel ayının 20-də qeyd olunan Beynəlxalq Çin Dili Günü 2010-cu ildə BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən, eləcə də BMT-nun altı rəsmi dilinin bərabər istifadəsini təşviq etmək məqsədilə təsis edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey və digər çinli qonaqları universitetdə keçirilən bayram tədbirində görməkdən məmnun olduğunu bildirib. Beynəlxalq Çin Dili Gününün qeyd edilməsinin əhəmiyyətindən danışan rektor bildirib ki, beş min il əvvəl yaranan Çin heroqrifləri dünya mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb. Böyük İpək Yolu təkcə ticarət deyil, həm də böyük mənəviyyat yolu idi.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey tədbiri hazırlayan ADU-nun müəllim və tələbələrinə səfirlik adından  minnətdarlığını bildirib, Beynəlxalq Çin Dili Gününün yaranma tarixindən danışıb. Bildirilib ki, son illər Prezident Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı durmadan genişlənib, dostluğumuz daha da dərinləşib.

Çin dilinin dünyada ən çox danışılan dil olduğunu və Azərbaycanda səkkiz mindən çox insanın bu dili öyrənmək üçün qeydiyyatdan keçdiyini vurğulayan səfir qeyd edib ki, eyni zamanda, bir çox Çin universitetlərində azərbaycanşünaslıq fəal şəkildə həyata keçirilir. 2025-ci ildə altmış mindən çox Çin vətəndaşının Azərbaycana səfər etdiyini qeyd edən səfir deyib: “Gələcəyə baxsaq, Çin-Azərbaycan münasibətlərinin geniş perspektivləri var və Çin dilini öyrənmək üçün böyük potensial var. Çinin Azərbaycandakı səfirliyi hər zaman olduğu kimi, hər kəsə Çin dilini öyrənmək və Çin mədəniyyətini anlamaq üçün imkanlar və şərait yaradacaq”.

Çıxışlardan sonra ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələrinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub. Çin dilində səslənən musiqi nömrələri və ifalar tədbirə xüsusi rəng qataraq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə, həmçinin, qonaqlar Çin mədəniyyətinə həsr olunmuş sərgi ilə tanış olublar və ustad dərslərində iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Aprel 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri